Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
Elmi şura
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Təhsil şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
05.03.2018

AMEA-da “Web of Science” məlumat platforması üzrə sertifikasiya proqramı təşkil edilib

AMEA Rəyasət Heyəti və “Clarivate Analytics” agentliyi tərəfindən Akademiyanın 20 elmi müəssisəsinin əməkdaşları üçün “Web of Science” məlumat platforması üzrə sertifikasiya proqramı təşkil edilib.
Müasir dövrdə müxtəlif nəşrləri özündə birləşdirən etibarlı baza - “Web of Science” məlumat platformasından istifadə xüsusi əhəmiyyətə malikdir. Sertifikasiya proqramı bu baza haqqında ətraflı məlumatın və onunla əlaqədar alətlərlə iş üzrə nəzəri və praktik biliklərin əldə edilməsini nəzərdə tutur.
Proqram “Clarivate Analytics” təşkilatının elmi informasiya resursları üzrə ekspertləri Aygün Babazadə və İrina Tixonkova tərəfindən aparılmış və iştirakçılara “Web of Science Core Collection”ın yaranma tarixi, əsas prinsipləri, istinadların analizi, jurnalların seçilməsi, məlumat bazası, axtarış sorğusunun tərtib edilməsi, sorğunun dəqiqləşdirilməsi və axtarış nəticələrinin analizi, nəticələr üzərində iş, müəllif və istinad olunma göstəriciləri, “ResearcherID” istifadəçisinin profili və s. barədə ətraflı məlumat verilmişdir.


İki gün davam edən seminarda iştirakçılara “Journal Citation Reports”un jurnallarına istinad üzrə illik hesabatlar, “Journal Citation Reports”un strukturu və interfeysi, “EndNote online” vasitəsilə biblioqrafiya üzərində iş, məlumat bazasında təşkilat üzrə genişləndirilmiş axtarış, “InCites” analitik platformasından istifadə qaydalarına dair məlumat verilmiş, proqramın sonunda iştirakçılara sertifikatlar təqdim olunmuşdur. Həmin mütəxəssislər işlədikləri təşkilatlarda “Web of Science” platforması üzrə məsul şəxs qismində fəaliyyət göstərəcəklər. Seminarda Nəsimi adına Dilçilik İnstitutunu Monitorinq şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d., dos. Nəzakət Qaziyeva təmsil etmişdir.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.