Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
02.03.2018

ADU-da “Mətbuatımız və ana dilimiz” mövzusunda dəyirmi masa keçirilib

Martın 1-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan ədəbiyyatı kafedrası və Azərbaycanşünaslıq elmi tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə “Mətbuatımız və ana dilimiz” mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov dilimizin ifadə imkanları, təhsilin dil mühitində inkişaf etdirilməsi və şifahi nitqdə olan problemlərdən bəhs edib. Dünyanın ən qəliz mətləblərini Azərbaycan dili vasitəsi ilə ifadə etməyin mümkünlüyünü vurğulayan M.İmanov mətbuat orqanları, radio və telekanalların yol verdiyi nöqsanlardan danışıb: “Prezident İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” imzaladığı sərəncamda dilin böyük ictimai-siyasi hadisə və mənəvi həyatımızın mühüm amil olduğu göstərilib. Bu mühüm amili nəzərdən qaçıran bəzi mətbuat orqanları, radio və televiziya kanallarında ədəbi dil normalarının pozulması, təəssüf ki, adi hal alıb. Nəzərə alaq ki, bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının da dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir və bu dili qoruyub saxlamaq bizim borcumuzdur”.

Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüquq İnstitunun əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Xalid Niyazov adıçəkilən mövzunun çox aktual olduğunu deyib, eyni zamanda yazılı mətbuatda səhvlərin çoxluğu, sosial şəbəkələrdə olan dil qüsurlarını iştirakçıların diqqətinə çatdırıb. O, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq olunması sayəsində gələcəkdə orfoqrafiya lüğətinin təkmilləşdirilib nəşr edilməsi, orfoepiya lüğətinin hazırlanması, orta və ali məktəb dərsliklərinin dil baxımından ciddi şəkildə səliqəyə salınması, bu istiqamətdə digər əhəmiyyətli addımların atılmasının nitq və dil qüsurlarının aradan qaldırılmasında mühüm əhəmiyyət kəsb edəcəyini sözlərinə əlavə edib.

Tədbirdə universitetin Filologiya və jurnalistika fakültəsinin tələbələrinin “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynli, Nəsimi adına Dilçilik İnstitunun monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva və “Kaspi” qəzetinin “Ədəbiyyat” əlavəsinin baş redaktoru Fərid Hüseyn ilə hazırladıqları müsahibə nümayiş olunub.

AMEA-nın Dilçilik İnstitutunun İctimai əlaqələr şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü, ADU-nun Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Adil Babayev və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının elmi işçisi Elçin İbrahimov mövzu ilə bağlı fikirlərini bölüşüblər.

İnteraktiv şəkildə keçən tədbir iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə sona yetib.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.