Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
24.02.2018

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar tədbir keçirilib

23 fevralda AMEA Nəsimi adına Dilçilik İnstitutunda Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar tədbir keçirilib. Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu Xocalı faciəsi barədə geniş məlumat verərək Ermənistan silahlı qüvvələri tərəfindən bu şəhərin dağıdıldığını, dinc əhalinin soyqırımına məruz qaldığını qeyd edib. Akademik çıxışında Xocalı soyqırımı zamanı 106-sı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla, 613 mülki vətəndaşın vəhşicəsinə öldürüldüyünü, mindən çox insanın yaralandığını, 1275 nəfərin əsir götürüldüyünü və 197 nəfərin itkin düşdüyünü bildirib. M. Nağısoylu bildirib ki, Xocalı faciəsinə real hüquqi qiymət ulu öndər Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışından sonra verildi. Ümummilli liderin təşəbbüsü ilə 1994- cü ilin fevral ayının 24- də Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən "Xocalı soyqırımı"na hüquqi- siyasi qiymət verilmiş, 1 mart 1994- cü ildə isə Heydər Əliyev xüsusi fərman imzalamışdır.
Tədbirdə çıxış edənlər Xocalı faciəsinin Azərbaycan tarixinə qanlı səhifə kimi həkk olunduğunu söyləyiblər. Bildiriblər ki, bu hadisələrin bir daha təkrarlanmaması üçün soyqırımı törədənlər mütləq cəzalandırılmalıdır.

İctimaiyyətlə əlaqələr şöbəsi

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.