Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
22.02.2018

ELMİ ŞURA

19 fevralda AMEA Nəsimi adına Dilçilik İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu iclasın gündəliyi ilə Elmi Şura üzvlərini tanış edib.

İclasda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 20 dekabr tarixli sərəncamı ilə təsdiq olunmuş Plana əsasən 2017-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə dissertanturaya qəbulun yekunları müzakirə edilib. Tədris şöbəsinin müdiri Qətibə Quliyeva fəlsəfə doktoru və elmlər doktorluğu üzrə müsabiqə barədə Elmi şura üzvlərinə məlumat verib. Bildirib ki, bu il müsabiqədə elmlər doktorluğu üzrə 11, fəlsəfə doktorluğu üzrə 8 nəfər iddiaçı iştirak edib. Həmçinin iclas zamanı dissertantlara verilən dissertasiya mövzuları müzakirə olunub.


Sonra elmi katib Aynel Məşədiyeva gündəlikdə olan Azərbaycan dilinin tarixi şöbəsi üzrə boş olan böyük elmi işçi vəzifəsinə elan olunmuş müsabiqənin keçirilməsi (09 yanvar 2018-ci il tarixli Elm.az saytında dərc olunmuş elana əsasən) məsələsini diqqətə çatdırıb. Şura üzvlərinin səsverməsindən sonra müsabiqənin nəticəsi qəbul olunub.
İclasda akademik M. Nağısoylu Türk dilləri şöbəsinin böyük elmi işçisi, fil.ü.f.d. Şəbnəm Rasim qızı Həsənli-Qəribovaya dosent elmi adının verilməsi üçün təqdim etdiyi sənədlərin müzakirə olunması və Hesablama komissiyasının yaradılmasını təklif etdi. Qərar səsvermə yolundan sonra qəbul edilib.
Sonda cari məsələlərə baxılıb. Terminologiya şöbəsinin müdiri prof. Sayalı Sadıqovanın “Azərbaycan Xalq Cümhuriyyətindən müstəqilliyə dil situasiyası (1918-2018)” və Nəzəri dilçilik şöbəsinin elmi işçisi, fil.ü.f.d. Günel Bayramovanın “İtalyan və Azərbaycan dillərində semantik söz qrupları (kontrastiv yanaşma)” adlı monoqrafiyaları çapa təqdim olunub.

İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Təranə Şükürlü

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.