Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
20.02.2018

Beynəlxalq Ana Dili Gününə həsr olunmuş konfrans keçirilib

Fevralın 20-də Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda Beynəlxalq Ana Dili Gününə həsr olunmuş konfrans keçirilib.
Konfransda 21 fevral - Beynəlxalq Ana Dili Gününün tarixindən danışılıb, bu əlamətdar günün dünyada geniş qeyd olunduğu bildirilib.
İnstitutun direktoru, akademik Möhsün Nağısoylu Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində ulu öndər Heydər Əliyevin müstəsna tarixi xidmətlərini vurğulayıb. O, Prezident İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 2012-ci il 23 may tarixli Sərəncamının əhəmiyyətini qeyd edib, ana dilimizin inkişafına, təbliğinə, tətbiqinə, beynəlxalq aləmdə nüfuzunun artmasına xüsusi önəm verildiyini diqqətə çatdırıb. M.Nağısoylu Dilçilik İnstitutunda dilimizin inkişafı və təbliği istiqamətində həyata keçirilən tədbirlərdən də bəhs edib.


Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, professor Buludxan Xəlilov ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ana dilimizlə bağlı imzaladıqları sənədlərin dilimizin inkişafında mühüm rolundan danışıblar.
Ana dilimizin inkişaf mərhələləri ilə bağlı fikirlərini bölüşən alimlər dilimizin saflığının daim qorunmasının və təbliğinin vacibliyini vurğulayıblar.
Konfransda filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlünün “Ana dili mənəvi varlığımızdır”, filologiya üzrə fəlsəfə doktorları Aysel Qəriblinin “Azərbaycan dili anlayışının tarixi”, Cahid Kazımovun “Virtual məkanda Azərbaycan dili” mövzularında məruzələri dinlənilib, müzakirələr aparılıb.


T.Şükürlü bildirib ki, Azərbaycan dilinin saflığının qorunması istiqamətində atılan addımların AMEA “Ana dili milli varlığımdır” adlı müsabiqəsi əlavə olundu. Akademik Akif Əlizadənin təşəbbüsü ilə təşkil olunmuş “Ana dili milli varlığımızdır” müsabiqəsi onu göstərir ki, ana dilinin saflığının qorunması AMEA alimlərinin diqqət mərkəzindədir. Dövlət müstəqilliyimizin əsas atributlarından olan ana dilimizi qorumaq, inkişaf etdirmək və yaşatmaq hər bir azərbaycanlının müqəddəs vətəndaşlıq borcudur.


Aysel Qəribli isə çıxışında “Azərbaycan dili” anlayışının mənşəyindən bəhs edərkən vurğulayıb ki, Azərbaycan xalqının, bütün görkəmli ziyalıları milli özünüdərk dövründən başlayaraq ölkənin, xalqın və dilin adı ilə bağlı məsələyə xüsusi diqqət yetirmiş, “Azərbaycan”, “Azərbaycan xalqı” və “Azərbaycan dili” anlayışlarının formalaşmasında öz əsaslandırılmış mülahizələri ilə mühüm rol oynamışlar. Müasir mərhələdə isə “Azərbaycan dili” anlayışının Azərbaycan Respublikasında “Azərbaycan dili” linqvonimi ilə verilməsi nə rəsmi, nə ictimai, nə də elmi sferalarda heç bir mübahisə doğurmur. “Azərbaycan dili” dövlətin dilinin adı olaraq ümumxalq səsverməsi yolu ilə qəti şəkildə təsbit edilmişdir.


İctimaiyyətlə əlaqələr şöbəsi

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.