Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
8.2.2018

AMEA-nın Humanitar Elmlər Bölməsi hesabat verdi

Fevralın 7-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib və Humanitar Elmlər Bölməsi hesabat verib.
Azadinform xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının professoru, filologiya üzrə elmlər doktoru İdris Abbasovun "Mirzə Kazımbəyin "Türk-tatar dilinin ümumi qrammatikası"nın tərcümə, tədqiq və şərhi" əsəri bölmə üzrə mühüm elmi nəticə kimi akademiyanın illik hesabatına daxil edilib.
Xatırladaq ki, professor İdris Abbasovun Azərbaycan diliçiliyinin, ümumən Tükologiyanın şah əsərini 178 ildən sonra müfəssəl tədqiq və şərhlərlə Azərbaycan dilində təqdim etməsi əsl fədakarlıq nümunəsi, elmin və mədəniyyətin inkişafına mühüm töhfə kimi qiymətləndirilir.
Dünya şöhrətli alim, rus şərqşünaslığının patriarxı, Kazan və Sankt-Peterburq Universitetlərinin ordinar professoru və Sankt-Peterburq Universitetində Şərq fakültəsinin ilk dekanı Mirzə Kazımbəyin məşhur “Türk-tatar dilinin ümumi qrammatikası” əsəri “Zərdabi LTD MMC” nəşriyyatında işıq üzü görmüşdür.


Üç hissə və 22 fəsildən ibarət bu nəhəng işin önəmi tədqiqtçı-alimin orijinal mətnin tərcüməsi ilə yanaşı kitaba öz çoxşaxəli tədqiq və şərhlərini də əlavə etməsidir. Bu məqsədlə İdris Abbasov M.Kazımbəydən əvvəl və onun yaşadığı dövrdə rus, fransız, ingilis, ərəb, italyan, latın, ispan, alman və digər dillərdə yazılmış fundamental əsərləri müqayisəli tədqiqata cəlb edib elmi miqyasına görə sanballı və orijinal bir əsər ortaya qoymuşdur. Kitabın məsləhətçisi mərhum dilçi-alim, akademik Tofiq Hacıyev, elmi redaktoru və ön sözün müəllifi əməkdar elm xadimi, akademik Nizami Cəfərovdur.
Müəllifin şəxsi vəsaiti hesabına yalnız 100 ədəd çap etdirə bildiyi 1007 səhifəlik dərin elmi-tədqiqat məzmunlu möhtəşəm dil abidəsinə nəinki ölkəmizdə, həm də ölkəmizin hüdudlarından kənarda böyük tələbat vardır.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.