Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
Elmi şura
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Təhsil şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
2.2.2018

Azərbaycanda müğənnilərin dil qüsurları araşdırılır

 

AMEA-nın Dilçilik İnstitutu tərəfindən musiqi ifaçılarının ifasında, nitqində yol verilən dil qüsurları ilə bağlı monitorinqə başlanılıb.
Moderator.az-ın “Xəzər Xəbər”ə istinadən verdiyi məlumata görə, İnstitutun Monitorinq Şöbəsinin müdiri Sevinc Əliyeva bildirib ki, burada hədəf müğənnilər yox, ifa və ifadakı qüsurlardır.
Şöbə müdiri qeyd edib ki, musiqi ruhi qida olmaqla yanaşı, şüuraltı şəkildə təsir edən bir vasitədir: “Ədəbi dildə düzgün danışmaq və nitqi qorumaq müğənilərin də borcudur. Aşkarlanan dil qüsurları ictimaiyyətə açıqlanacaq”.
Müğənnilər də etiraf edirlər ki, həmkarları arasında nitqində qüsur olanları çoxdur. Bu səbəbdən də monitorinqin keçirilməsi məqsədəuyğundur.
Monitorinqlərin aprel ayında başa çatacağı gözlənilir.

Televiziya verilişlərində ədəbi dil normalarına riayət olunması ilə bağlı monitorinqlər başlayır

Bakı. 1 fevral. REPORT.AZ/ "Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu televiziya verilişlərində ədəbi dil normalarına riayət olunması ilə bağlı növbəti monitorinqlərə mart ayında başlayacaq".
Bu barədə "Report"a açıqlamasında Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva deyib.
Şöbə müdirinin sözlərinə görə, bu il yenilik odur ki, monitorinqlərə region televiziyaları daxil ediləcək: "Monitorinqə əsasən xəbər proqramları və geniş auditoriyası olan müxbirlər monitorinqə cəlb olunacaq".
O xatırladıb ki, 2017-ci ildə şöbənin əməkdaşları bir neçə televiziyada treninq keçiblər: "Tovuzda və Gəncədə region televiziyalarında da olduq. Bu iki rayonun televiziyalarında müşahidə etdik ki, olduqca savadlı, çox zəngin dil səviyyəsi olan aparıcı və müxbirlərimiz var. Onlar öz üzərilərində daha çox işləyirlər".

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.