Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
2.2.2018

Gənclər günü münasibətilə tədbir keçirilib

Fevralın 2-də AMEA Nəsimi adına Dilçilik İnstitutunda Gənclər günü münasibətilə tədbir keçirilib.
Çıxış edən Nəsimi adına Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu bildirib ki, ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətinin gənclərlə bağlı siyasətinin əsasını qoyub. Bununla yanaşı, gənclərin inkişafı ilə bağlı imzalanan fərmanlar, sərəncamlar, qəbul edilən proqramlar, qanunlar Azərbaycan gəncliyinin inkişafı yolunda mühüm amilə çevrilib.

M.Nağısoylu eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən uğurla həyata keçirilən gənclər siyasətindən danışıb.
Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrində fəal iştirak edir, intellektual imkanları, yaradıcılığı, elmi potensialı ilə dövlətçiliyimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verir.

M. Nağısoylu Nəsimi adına Dilçilik İnstitutunda gəncliyin böyük bir qüvvə olduğunu, 2017-ci ildə gənclərin sırasında bir nəfərin 37 yaşında doktorluq, 4 nəfərin isə fəlsəfə doktorluğu üzrə dissertasiya işi müdafiə etdiyini vurğulayıb.

Çıxış edənlər ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildiriblər.
Sonda institutun ictimai və elmi həyatında səmərəli fəaliyyətinə görə bir qrup fəal gənc fəxri fərmanla təltif olunub.



(A.Məşədiyeva, T.Şükürlü, Q.Quliyeva, R.Heydərov, T.Əskərova, V.Abdullayeva, N.Əliyeva, A.Cəfərov, A.Allahverdiyeva, A.Qəribli, E.İbrahimov, Ş.Həsənli, L.Yusifova, A.Əhmədova)
Sonda akademik M.Nağısoylu bütün gənclərə uğurlar arzulayıb.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.