Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
29.1.2018

Elmi Şura

24 yanvarda AMEA Nəsimi adına Dilçilik İnstitutunda Elmi Şuranın 2018-ci il üçün ilk iclası keçirilib.
Akademik Möhsün Nağısoylu 2018-ci ilin ilk Elmi Şurasını açıq elan edərək əməkdaşlara uğurlar diləyib.
Əvvəlcə Elmi Şuranın gündəliyi şura üzvləri tərəfindən təsdiq olunub.
Elmi katib dosent A.Məşədiyeva 2018-ci il üçün Elmi Şuranın iş planını, elmi tədqiqat işlərinin fərdi planlarını açıqlayıb. İş planı müzakirə olunduqdan sonra təsdiq edilib.
İclasda Orfoqrafiya qaydaları üzrə işçi qrupu yaradılıb. Akademik M.Nağısoylunun rəhbərlik edəcəyi işçi qrupunun tərkibinə professorlar İ.Məmmədli, Q.Kazımov, S.Sadıqova, M.Əsgərov, dosentlər B.Məhərrəmli, Ş.Məmmədli, T.Şükürlü və fil.ü.f.d. X.Heydərova daxil edilib. İşçi qrupunun rəhbəri yeni orfoqrafiya qaydaları ilə bağlı təkliflərin toplanıb sistemləşdirilməsinin qarşıya məqsəd kimi qoyulmasını söyləyib.
Sonda cari məsələlərə baxılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.