Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
Elmi şura
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Təhsil şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
17.1.2018

AMEA Nəsimi adına Dilçilik İnstitutunda 20 Yanvar faciəsinin 28-ci ildönümü keçirilib

Yanvarın 17-də AMEA Nəsimi adına Dilçilik İnstitutunda 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Mərasimi Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu açıb.
Tədbir iştirakçıları əvvəlcə 20 Yanvar faciəsi qurbanlarının xatirəsini birdəqiqəlik sükutla yad ediblər. M. Nağısoylu 20 yanvar faciəsinin Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi həkk olunduğunu vurğulayıb. Bildirib ki, 20 Yanvar hadisələri faciəvi olsa da milli dövlətçiliyimizin bərpasında və milli dövlətçiliyimizə gedən yolda çox önəmli xarakter daşıyır.
Akademik qeyd edib ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib. Ulu Öndər 20 Yanvar hadisələri zamanı həlak olanların xatirəsinin əbədiləşdirilməsi istiqamətində çox mühüm tədbirlər həyata keçirib.

Tədbirdə çıxış edənlər xalqımızın qan yaddaşında dərin iz buraxmış faciə barədə məlumat vermişlər. Vurğulanıb ki, Qanlı Yanvar gecəsində dinc əhalinin Sovet qoşunları tərəfindən qətlə yetirilməsinə baxmayaraq, bu hadisələr xalqımızın mübarizə əzmini qıra bilməyib. 20 Yanvar faciəsi həm də Azərbaycan tarixində bir qürur mənbəyidir.

İctimaiyyətlə əlaqələr şöbəsi

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.