Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
15.1.2018

“Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” kitabxanalara təqdim olunub

Yüksək elmi və poliqrafik səviyyədə hazırlanan “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” dünyada dialektoloji atlasların yaradılması tarixində mühüm və əhəmiyyətli bir hadisədir. Qeyd etməliyik ki, bu atlas Azərbaycanın ayrılmaz bir parçası olan Naxçıvanın qədim türk-oğuz yurdu olmasının danılmaz elmi möhürüdür.

11 yanvarda Nəsimi adına Dilçilik İnstitutunun Kitabxana şöbəsinin müdiri Sevil Zülfüqarova “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası”nı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasına təqdim etmişdir. Həmçinin “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” Azərbaycan Milli Kitabxanası, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutu və Folklor İnstitutununun fondlarına da təqdim olunmuşdur.

Təqdimetmə mərasimində atlas barədə ətraflı məlumat verilib. Qeyd edilmişdir ki, “Elm və Təhsil” nəşriyyatında nəfis şəkildə çap olunan atlasda Naxçıvan dialektinin fonetik, leksik-sintaktik, morfoloji quruluşu barədə müfəssəl, dəqiq, düzgün məlumatlar yer almışdır. İlk dəfə olaraq atlasda həm də mp3 formatında canlı səs yazıları verilmişdir.
Bildirilmişdir ki, atlas kitabxanaların zəngin fondunda öz layiqli yerini tutacaq, tədqiqatçı alimlərin istifadəsi üçün dəyərli mənbə olacaqdır.



İctimaiyyətlə əlaqələr şöbəsi

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.