Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
31.12.2017

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı qeyd olunub

29 dekabrda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu açıb. Dünyada yaşayan azərbaycanlıların birliyinin yaranmasında ümummilli lider, görkəmli dövlət xadimi Heydər Əliyevin hələ sovet dövründə Azərbaycana rəhbərliyi müddətində atdığı addımlardan, gördüyü işlərdən danışıan akademik M. Nağısoylu bildirib ki, ulu öndər hələ Naxçıvan Ali Sovetinin sədri olarkən 1991-ci ilin 16 mart tarixində Dünya azərbaycanlılarının həmrəyliyi gününün qeyd olunması ilə bağlı sərəncam imzalamışdır. Sonra akademik Möhsün Nağısoylu 2017-ci il ərzində ölkəmizin sürətli inkişafından və keçirilən mühüm tədbirlərdən danışıb. İnstitut rəhbəri bildirib ki, 2017-ci il ümumilikdə Dilçilik İnstitutu üçün də çox uğurlu keçib. O, bütün İnstitut əməkdaşlarını təbrik edib və onlara yeni ildə daha böyük uğurlar arzulayıb.



İctimaiyyətlə əlaqələr şöbəsi

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.