Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
29.12.2017

AMEA-da Orfoqrafiya Komissiyasının iclası keçirilib

''Ana dili milli varlığımızdır'' müsabiqəsinin qaliblərinin adları açıqlanıb. Dilçiik İnstitutunun doktorantı Təranə Şükürlü müsabiqənin qalibi olub.

AMEA-nın Rəyasət Heyətində Orfoqrafiya Komissiyasının iclası keçirilib.

Tədbiri AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq ötən illər ərzində Azərbaycan dilinin dövlət dili kimi qorunması və təkmilləşdirilməsi məqsədilə müxtəlif qanun, fərman və sərəncamların verildiyini deyib. Qeyd edib ki, bu istiqamətdə fəaliyyəti davam etdirmək və Azərbaycan dilinin işlənmə imkanlarını daha da genişləndirmək məqsədilə Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb.

İclasda AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli “Ana dilimiz – milli varlığımızdır” müsabiqəsinin yekunları haqqında danışıb. Bildirib ki, akademik Akif Əlizadənin 22 sentyabr 2017-ci il tarixli sərəncamı ilə 23-25 oktyabr 2017-ci il tarixlərində AMEA-nın magistrant və doktorantları arasında müsabiqə keçirilib.

Akademik T.Kərimli müsabiqə qaliblərinin adlarını açıqlayıb. Müsabiqənin nəticələrinə əsasən, 1-ci yerə Nəsimi adına Dilçilik İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü layiq görülüb. Qaliblərə diplom, müsabiqə iştirakçılarına isə sertifikat təqdim olunub.

Sonra AMEA-nın vitse prezidenti, akademik İsa Həbibbəyli “Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Dövlət Dili Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Sərəncamı və qarşıda duran vəzifələr” mövzusunda çıxış edib. Akademik dilimizin keçdiyi tarixi mərhələlərdən söz açıb. Dilimizin saflığının qorunması, ədəbi dilin daha da zənginləşdirilməsi və tətbiqinin genişləndirilməsi istiqamətində görülən işlərdən danışıb. Qeyd edib ki, sözügedən Sərəncamı zamanında imzalanmış vacib bir sənəd olmaq etibarı ilə Azərbaycan dilinin qorunması və milli dilçilik elminin inkişafına töhfə kimi qiymətləndirmək olar.

Tədbirdə Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu Azərbaycan dilinin yeni orfoqrafiya qaydaları haqqında danışıb. Akademik bildirib ki, adıçəkilən Sərəncamla bağlı bir sıra işlərin həyata keçirilməsi nəzərdə tutulur ki, onlardan biri də müasir elmi tələblər səviyyəsində Azərbaycan dilinin orfoqrafiya lüğətinin yeni akademik nəşrinin hazırlanmasıdır.

Qeyd edib ki, Dövlət dili haqqında Azərbaycan Respublikasının qanununda yer alan orfoqrafiya lüğətinin beş ildən bir nəşr olunması haqqında maddəyə uyğun olaraq Dilçilik İnstitutunun əməkdaşları orfoqrafiya lüğətinin yeni nəşrinin hazırlanması üzərində çalışırlar. Bu məqsədlə institutda işçi qrupu yaradıldığını söyləyən M.Nağısoylu Azərbaycan dilinin yeni orfoqrafiya lüğətinin qaydalarının layihə şəklində hazırlandığını vurğulayıb və burada yer alan yenilikləri diqqətə çatdırıb.

Daha sonra iclasda dövlət dili siyasəti və qarşıda duran vəzifələrə dair müakirə aparılıb.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.