Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
27.12.2017

"“Kitabi-Dədə Qorqud"un mürəkkəb feilləri”

Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, Həmkarlar Komitəsinin sədri Sevinc Əliyevanın “Kitabi-Dədə Qorqudun mürəkkəb feilləri” adlı kitabı (Bakı, Elm və təhsil, 2017, 376 səh.) çapdan çıxıb. (Redaktor: Möhsün Nağısoylu Akademik, filologiya üzrə elmlər doktoru, professor; Elçin İbrahimov - filologiya üzrə fəlsəfə doktoru; Rəyçilər: Zemfira Əliyeva filologiya üzrə elmlər doktoru; Tünzalə Baxşıyeva filologiya üzrə elmlər doktoru; İlhami Cəfərsoy filologiya üzrə elmlər doktoru.)

Kitab müasir Azərbaycan dilçiliyinin və ümumilikdə, türkologiyanın ən maraqlı və maraqlı olduğu qədər də aktual olan problemlərindən birinə - xalqımızın mənəviyyat salnaməsi olan ölməz abi-dənin dilindəki alınma faktların müasir Azərbaycan ədəbi dilinin təşəkkülü və qohum dillərlə müqayisəsi kontekstində təhlilinə həsr olunmuşdur. Monoqrafiyada Azərbaycan dilçiliyində və ümumilikdə tür-kologiyada ilk dəfə olaraq, “Kitabi-Dədə Qorqud” abidəsinin dilində işlənmiş ərəb və fars mənşəli feil komponentlərinin sistemli və təfsilatlı leksik-semantik araşdırması təklif edilir. Təqdim edilən monoqrafiya nəinki Azərbaycan ədəbi dilinin formalaşma tarixi boyunca müvafiq feillərin işlənmə mövqelərinin izlənməsinə imkan yaradır, habelə dastanın yaranma və yazıya alınma tarixi ilə bağlı bəzi məqamlara işıq salmağa müvəffəq olur. Düşünürük ki, təqdim edilən araşdırma ədəbi dilimizin tarixinin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyindən və dil tarixinin ən parlaq səhifələrinə işıq saldığından dil tarixçilərinin, dil əlaqələrinin tədqiqi ilə məşğul olan mütəxəssislərin, habelə müqayisəli leksikologiya ilə məşğul olan tədqiqatçıların dərin marağına səbəb olacaq, daha geniş oxucu kütləsinin, doktorant və tələbələrin də diqqətindən kənarda qalmayacaqdır.

Sevinc Əliyeva 30-dan artıq Beynəlxalq və Respublika miqyaslı konfransların iştirakçısı və məruzəçisi, 60-dan artıq elmi məqalə və iki monoqrafiyanın müəllifidir. “Kitabi-Dədə Qorqud”dakı feillərin leksik-semantik inkişafı (ədəbi dilin təşəkkülü kontekstində)” mövzusunda doktorluq dissertasiyasını 5 dekabr 2017-ci ildə müdafiə edib. Filologiya üzrə fəlsəfə doktoru, dosentdir.

SAYTDA AXTAR
 

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2017.