Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
Elmi şura
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Təhsil şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
18.12.2017

Nəsimi adına Dilçilik İnstitutunun Kitabxanası öz elmi əlaqələrini genişləndirir

8-11 dekabr 2017-ci ildə AMEA Nəsimi adına Dilçilik İnstitutunun Kitabxana şöbəsinin müdiri Sevil Zülfüqarova Türkiyənin İstanbul şəhərində IV Beynəlxalq Humanitar Elmlər və Təhsil Tədqiqatlar Konfransında iştirak etmişdir. Səfər çərçivəsində S.Zülfüqarova İstanbuldakı kitabxanalarla tanış olmuş, kitabxanalararası Beynəlxalq əlaqələrin zənginləşdirmək üçün yeni informasiya texnologiyaları və onların işləmə texnikası ilə tanış olmuşdur. Müasir kitabxana – informasiya sahəsində təcrübə qazanmaq, kitab mübadiləsi etmək, şöbə və bölmələrin iş fəaliyyəti ilə yaxından tanışlıq səfər çərçivəsində öz həllini tapıb. S.Zülfüqarova rəhbərlik etdiyi kitabxananın fəaliyyəti və beynəlxalq əlaqələri barədə konfransda geniş məlumat verib.

Türkiyənin İSAM (İslam Araşdırmalar Mərkəzi) kitabxanasında S.Zülfüqarova Mustafa Birol Ülkər bəylə görüşmüş, kitabxananın fəaliyyəti ilə tanış olmuşdur. Mustafa bəy kitabxanaçılıq sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı mövzuda söhbət açıb.
S.Zülfüqarova Azərbaycanın tarixini, dilini, mədəniyyətini, müasir dövlət quruculuğunu əks etdirən kitabları onların fonduna təqdim etmişdir. Daxil edilən kitabların içərisində “Naxçıvan dialektoloji atlası” da vardır.

S.Zülfüqarova bildirib ki, Dilçilik İnstitutunun kitabxanası ölkə daxilində və xaricdə fəaliyyət göstərən təhsil ocaqlarının, elmi müəssisələrin, kitabxanaların kitab əldə edilmısi ilə bağlı müraciətlərə hər zaman dəstək verir. O, kitabxanadakı elmi və tarixi əhəmiyyətli nəşrlər, lüğətlər , irihəcmli kitablar haqqında məlumat verib.
Görüşdə xanım Zülfüqarova kitabxana ilə əməkdaşlıq səylərini əsirgəməyəcəyini söyləyib. Dilçilik İnstitutunun kitabxanası bundan sonra öz beynəlxalq əlaqələrini davam etdirəcək.



İctimaiyyətlə əlaqələr şöbəsi

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.