Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
16.12.2017

"Türkologiya" jurnalının elmi seminarı keçirilib

Dekabrın 15-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında “Türkologiya” jurnalının növbəti seminarı keçirilib.

AMEA Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu seminarın mövzusunun aktual problemlərdən birinin müzakirəsinə həsr olunduğunu bildirib.

Sonra jurnalının məsul katibi Elçin İbrahimov öz çıxışında jurnalın tarixi və bugünkü fəaliyyəti ilə bağlı məlumat verib. Məsul katib ötən seminarlarda verilən tövsiyələrin yerinə yetirilməsi nəticəsində jurnalın dünyanın 4 nüfuzlu bazasına – ABŞ-ın Nyu-York şəhəri və Texas ştatındakı, Hollandiya və Türkiyədəki bazalara daxil edildiyini diqqətə çatdırıb.

Daha sonra seminarda “Türk dünyası və Avropa İttifaqı: qloballaşan dünyada elmi əlaqələr” mövzusunda Rusiyanın Ural Universitetinin professoru Aleksandr Nesterovun məruzəsi dinlənilib.

Sonda mövzu ilə əlaqədar müzakirələr aparılıb, seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.