Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
4.12.2017

SEÇİLMİŞ ƏSƏRLƏR (2 cilddə)

Türk Dil və Tarix Qurumunun fəxri üzvü, Əməkdar elm xadimi, akademik Tofiq Hacıyevin ikicildlik “Seçilmiş əsərləri” çap olunub. “Seçilmiş əsərlər”in redaktoru dosent Qızılgül Abdullayeva, rəyçilər professorlar Məhərrəm Məmmədli, Eldar Piriyev, f.ü.e.d, Sərdar Zeynal, f.ü.f.d. Sevda Sadıqova və Afaq Məmmədovadır.
Kitab “Elm” nəşriyyatında çap olunub.
“Seçilmiş əsərlər”in birinci cildində Azərbaycan ədəbi dilinin tarixi dövrlər üzrə təhlil olunur. Dövrlərin müəyyənləşdirilməsində dilxarici hadisələr də nəzərə alınmaqla, dildaxili faktlara, üslubların yaranma və inkişafına, normanın tarixi təkamülünə xüsusi diqqət yetirilir.
“Seçilmiş əsərlər”in ikinci cildi T.Hacıyevin Türkologiya sahəsindəki irihəcmli araşdırmalarını özündə cəmləşdirir. Kitaba “Orxon dastanlarının şeir sənətkarlığı”, Mikayıl Baştunun “Şan qızı dastanı” Cəmaləddin İbn Mühənnanın “Hilyətül-insan və həlbətül-lisan” əsərləri haqqındakı yazılar,habelə müəllifin ən son monoqrafiyalarından olan “Türklər üçün ortaq ünsiyyət dili” daxil edilmişdir.

İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri dosent Təranə Şükürlü

SAYTDA AXTAR
 

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2017.