Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
2.12.2017

“XX əsrin II yarısında Azərbaycan dilçiliyində frazeologiya nəzəriyyəsinin inkişafı”

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Salayeva Fidan Vaqif qızının “XX əsrin II yarısında Azərbaycan dilçiliyində frazeologiya nəzəriyyəsinin inkişafı” adlı monoqrafiyası çap olunmuşdur.
Monoqrafiyada ilk dəfə olaraq XX əsrin II yarısında Azərbaycan dilçiliyində frazeologiya nəzəriyyəsinin inkişafı və ona dair konsepsiyalar sistemli təhlil olunub. Əsərdə strukturalizm və frazeologiyanın dilçilikdə yeri və mövqeyi, sistem-struktur və koqnitiv dilçilik baxımından frazeoqrafik sistemin bəzi prinsipləri, onun hüdudlarının müəyyənləşdirilməsi, həmçinin dilçiliyimizin müasir səviyyədə paremiologiya və frazeologiyanın başqa məsələlərinə də aydınlıq gətirilib.
Monoqrafiyadan Azərbaycan dilinin, eləcə də başqa xalqların dillərinin tarixi frazeologiyasının və leksikoqrafiyasının araşdırılmasında, frazeoloji lüğətlərin tərtibi- prinsiplərində istifadə oluna bilər.
Kitabın redaktoru fil.ü.e.d., prof, İ.Məmmədli, rəyçilər fil.ü.e.d., prof, N.Seyidəliyev və fil.ü.e.d., T.Baxşıyevadır.

SAYTDA AXTAR
 

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2017.