Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters

30.11.2017

AMEA Nəsimi adına Dilçilik İnstitutu Kompüter dilçiliyi şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, professor Məsud Mahmudov Beynəlxalq elmi- nəzəri konfransda iştirak edib

2017-ci il noyabr ayının 16-18-də Qazaxıstanın Almatı şəhərində “Rəqəmli texnologiyalar dilçilikdə: qazax dilinin milli korpusunun yaradılması” mövzusunda Beynəlxalq elmi-nəzəri konfrans keçirilib. Konfrans tətbiqi dilçilik sahəsində görkəmli mütəxəssis, filologiya elmləri doktoru, professor Askar Kudayberqenulı Jubanovun anadan olmasının 80 illik yubileyinə həsr olunub. Beynəlxalq konfransın təşkilatçısı Qazaxıstan Təhsil və Elm Nazirliyi A.Baytursunulı adına Dilçilik İnstitutudur. Konfransda AMEA Nəsimi adına Dilçilik İnstitutu Kompüter dilçiliyi şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, professor Məsud Əhməd oğlu Mahmudov iştirak edib.
Ezamiyyət müddətində Qazaxıstan Təhsil və Elm Nazirliyi A.Baytursunulı adına Dilçilik İnstitutunda elektron lüğətlər bazası və qazax dilinin milli korpusu ilə bağlı işlərlə tanışlıq, fikir mübadiləsi aparılmışdır. Qazax dilçi-alimləri statistik lüğətçilik, elektron lüğətlərin yaradılması sahəsində müəyyən uğurlar qazanmışlar. Qazax statistik lüğətçiliyinin əsası prof.K.B.Bektayev tərəfindən qoyulmuşdur. Onun qazax dilinin riyazi-statistik metodlarla öyrənilməsi sahəsində dəyərli tədqiqatları vardır. Hazırda bu işlərə K.B.Bektayevin və dünya şöhrətli alim R.Q.Piotrovskinin layiqli davamçısı filologiya elmləri doktoru, professor A.K.Jubanov rəhbərlik edir. Prof. A.K.Jubanovun rəhbərliyi altında qazax dilinin bir çox statistik, tezlik lüğətləri tərtib olunmuş, qazax dilinin milli korpusunun tərtibi işlərinə başlanılmışdır. Ezamiyyət müddətində Qazaxıstan Dilçilik İnstitutunda bu sahədə aparılmış işlərlə əyani tanış olmaq imkanı əldə olunmuşdur. Eyni zamanda Azərbaycanda bu sahədə aparılmış işlərlə bağlı qazax dilçi-alimlərinə məlumat verilmiş, fikir mübadiləsi aparılmışdır. Respublikamızda bu məsələlərlə bağlı görülmüş işlər böyük maraq doğurmuşdur. Səfər müddətində 2017-ci il noyabrın 17-18–i tarixlərində Qazaxıstan Təhsil və Elm Nazirliyinin Dilçilik İnstitutunda tətbiqi dilçilik sahəsində görkəmli mütəxəssis, bir çox statistik və tezlik lüğətlərinin tərtibçisi, qazax dilinin milli korpusunun yaradılması işlərinə rəhbərlik edən filologiya elmləri doktoru, professor Askar Kudayberqenulı Jubanovun 80 illiyinə həsr olunmuş Beynəlxalq elmi-nəzəri konfrans keçirilmişdir. Həmin konfransın plenar iclasında filologiya üzrə elmlər doktoru Məsud Mahmudovun “Azərbaycan dilinin lüğət tərkibinin tənzimlənməsi ilə bağlı inteqrasiya olunmuş elektron sistemin yaradılması” adlı məruzəsi maraqla dinlənilmişdir.
.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 2012-ci il 23 may tarixli sərəncamı ilə əlaqədar 6.4.1. “Azərbaycan dilinin dövlət dili kimi ümumi informasiya bazasının yaradılması” bəndi ilə bağlı yaradılmış www.azerbaycandili.az saytı barədə də beynəlxalq konfransın iştirakçılarına məlumat verilmişdir. İnformasiya bazası altı blokdan ibarətdir:

- Ana səhifə;
- Azərbaycan dili haqqında ümumi məlumat;
- Qanunlar;
- Azərbaycan dilçiləri;
- Dilçilik kitabxanası;
- Əlaqə.
Müzakirə prosesində bütün bu bölmələr haqqında ətraflı məlumat verilmiş, başqa sözlə, saytın beynəlxalq miqyasda qeyri-rəsmi təqdimatı keçirilmişdir.
Müzakirələr prosesində İnstitutda aparılan digər işlər barədə də məlumat verilmiş və Qazaxıstan Dilçilik İnstitutunda elektron lüğətlər sistemi və milli dil korpusunun yaradılması işləri müzakirə olunmuşdur. Konfransın işində MDB ölkələrindən, xüsusilə, türkdilli respublikalardan dilçi–alimlər, rəqəmli texnologiyaların dilçiliyə tətbiqi məsələləri ilə məşğul olan mütəxəssislər iştirak etmişlər.
Beynəlxalq Elmi-Nəzəri Konfransda AMEA Nəsimi adına Dilçilik İnstitutunun Kompüter dilçiliyi şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, professor Məsud Mahmudovun iştirakı elmi əməkdaşlıq və mübadilə baxımından olduqca faydalı olmuşdur.

İctimaiyyətlə əlaqələr şöbəsi

SAYTDA AXTAR
 

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2017.