Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
28.11.2017

Dünya dillərində homogen sözlər

AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmlinin “Dünya dillərində homogen sözlər” (Bakı, “Xəzər Universiteti” nəşriyyatı) adlı monoqrafiyası çap olunmuşdur. Monoqrafiyada dünya dillərindəki homogen söz kökləri tədqiq olunmuşdur.

Kitabda Azərbaycan dilçiliyində ilk dəfə olaraq üç yüzə yaxın dilin analoji söz kökləri müqayisəyə cəlb edilmişdir. Əsərdə dünya dillərində homogen söz kökləri müqayisəli-tarixi, müqayisəli-tipoloji metodlarla müəyyənləşdirilmiş, onların arxetipləri bərpa olunmuşdur. Monoqrafiya Azərbaycan dilçiliyində nostratika mövzusunda yazılmış ilk kompleks, fundamental araşdırmadır. Monoqrafiyanın elmi redaktoru, mərhum akademik, dünya şöhrətli türkoloq Tofiq Hacıyevdir. Rəyçilər: filologiya elmləri doktoru, professor Həbib Zərbəliyev, filologiya elmləri doktoru, professor Əzizxan Tanrıverdi və filologiya elmləri doktoru İlham Tahirovdur.

***

“Türk dillərinin qədim leksikası”

AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmlinin “Türk dillərinin qədim leksikası” (Bakı, “Xəzər Universiniteti” nəşriyyatı) adlı monoqrafiyası çap olunmuşdur. Əsərdə türk dillərindəki söz köklərinin ilkin strukturu, kök morfemlərdəki morfonoloji dəyişmələrin səbəbləri müəyyənləşdirilmişdir. Zəngin faktlar əsasında bəzi söz köklərinin arxetipləri bərpa olunmuş, qədim söz formalarının təsnifatı verilmiş, ilkin söz yaradıcılığının əsas istiqamətləri təsbit edilmişdir.

Monoqrafiyanın elmi redaktoru, mərhum akademik, dünya şöhrətli türkoloq Tofiq Hacıyevdir. Rəyçilər: filologiya elmləri doktoru, professor Sevil Mehdiyeva və filologiya elmləri doktoru, professor İsmayıl Məmmədlidir.

SAYTDA AXTAR
 

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2017.