Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
27.11.2017

Dilçilik İnstitutunda elmi sessiya: “M.P.Vaqif və Azərbaycan dili”

Noyabrın 27-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutu “M.P.Vaqif və Azərbaycan dili” mövzusunda elmi sessiya təşkil edib.

Tədbirdə institutun direktoru, akademik Möhsün Nağısoylu söz sənətimizin inkişafında misilsiz xidmətləri olan M.P.Vaqifin doğma dilimizin inkişafındakı əvəzsiz xidmətlərindən danışıb. M.Nağısoylu sessiyanın Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 12 yanvar tarixli Sərəncamı çərçivəsində təşkil olunduğunu bildirib. O, Molla Pənah Vaqifin adının UNESCO-nun “2016-2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edildiyini və beləliklə, ədibin bütün dünyada görkəmli söz ustadı kimi tanındığını söyləyib.

Akademik söz sənətinin inkişafında misilsiz xidmətlər göstərmiş M.P.Vaqifin Azərbaycan dilinin zənginləşməsində də müstəsna rolu olduğunu vurğulayıb. Qeyd edilib ki, görkəmli söz ustadı şeirləri ilə ədəbi dilimizə sadəlik və təbiilik gətirib. Vaqifin əsərlərində qoyduğu problemlər aktuallığını bu gün də qoruyur.

Azərbaycan ədəbiyyatının yeni mərhələsinin Vaqiflə başlandığını deyən akademik bildirib ki, görkəmli şair nüfuzlu ədəbi məktəb yaratmaqla Qasım bəy Zakir, Aşıq Ələsgər kimi söz ustadlarının yetişməsinə güclü təsir göstərib.

Daha sonra tədbirdə filologiya elmləri doktoru, professor İsmayıl Kazımov “Vaqif poeziyasında “gözəllik” konsepti”, filologiya elmləri doktoru, professor Mahirə Quliyeva “Vaqif xalq ədəbiyyatı ilə klassik ədəbiyyatın qovşağında”, filologiya üzrə fəlsəfə doktoru Xədicə Heydərova “Vaqif poeziyasının linqvistik təhlili”, tibb üzrə fəlsəfə doktoru, dosent Nağdəli Zamanov “Azərbaycan estetik dünyagörüşünün formalaşmasında M.P.Vaqif yaradıcılığının rolu” mövzusunda məruzələrlə çıxış ediblər.

SAYTDA AXTAR
 

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2017.