Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
17.11.2017

Azərbaycanlı alimlər “Türk Dilində Danışan Ölkələrin Qurultayı”nda iştirak ediblər

Noyabrın 13-də Türkiyənin paytaxtı Ankarada “Türk Dilində Danışan Ölkələrin Qurultayı” keçirilib.

40 ölkədən 320 alimin iştirak etdiyi qurultay Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin və Yeni Türkiyə Strateji Araşdırma Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

Tədbirdə AMEA Nəsimi adına Dilçilik İnstitutu nun direktoru, akademik  Möhsün Nağısoylu , elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent  Baba Məhərrəmli Terminologiya şöbəsi nin müdiri, professor  Sayalı Sadıqova , Tədris şöbəsinin müdiri dosent Qətibə Quliyeva, Türkologiya jurnalının məsul katibi Elçin İbrahimov, Türk dilləri şöbəsinin aparıcı elmi işçisi dosent Qətibə Mahmudova, həmçinin BDU, ADPU və BSU-nun 20-dən artıq əməkdaşı iştirak edib.

Ankaradakı Şeraton otelində baş tutan qurultayın plenar iclasları Bilgə xaqan, Mamud Kaşğari, Əlişir Nəvai, İsmayıl Qaspralı , Əhməd Baytursunoğlu və Bəxtiyar Vahabzadə adına  salonlarında davam etdirilib.  

Qurultayda türk  dilində danışan ölkələrin dil, əlifba, tarix  məsələləri müzakirə olunub. 

Konfransda akademik Möhsün Nağısoylu “Orta dövr Fars-Türk tərcümələrində dil uyğunluqları” mövzusunda məruzə ilə çıxış edib.

Qurultayın panel iclaslarında türkdilli mədəniyyətin yenidən canlandırılması, türkçülük ideologiyasının gücləndirilməsi, Beynəlxalq Türk Akademiyasının ortaq türk dili dərslikləri sahəsində apardığı islahatlar, Bosniya və Hersoqovinada türk dilinin qorunması və digər məsələlər müzakirə olunub.

Qurultay öz işinə 16 noyabrda yekun vurub. Bağlanış mərasimindaə akademik Möhsün Nağısoylu çıxış edərək qurultayın yüksək səviyyədə təşkil olunmasını vurğulayıb.

SAYTDA AXTAR
 

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2017.