Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
10.11.2017

AMEA Nasimi adına Dilçilik İnstitutunda “AZƏRBAYCAN DİLİ ORFOQRAFİYA QAYDALARININ TƏLİM VƏ TƏRTİB PRİNSİPLƏRİ” mövzusunda dəyirmi masa keçirilib

AMEA Nəsimi adına Dilçilik İnstitutunda “Azərbaycan dili orfoqrafiya qaydalarının təlim və tərtib prinsipləri” mövzusunda Elmi Şuranın növbəti iclası keçirilib. İclasda 2018-ci ildə çap olunacaq yeni Orfoqrafiya lüğətinin qaydaları müzakirə olunub.
İclası giriş sözü ilə açan Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu bildirib ki, 1 noyabr 2017-ci ildə AMEA Rəyasət Heyəti “Yeni Orfoqrafiya lüğətinin nəşrinin hazırlanması barədə” qərar qəbul edib. Bununla bağlı olaraq Orfoqrafiya komissiyası yaradılıb. Komissiyanın sədri AMEA-nın prezidenti akademik Akif Əlizadə, sədr müavini AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli, məsul katibi Nəsimi adına Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoyludur. Orfoqrafiya Komissiyasının tərkibinə müxtəlif qurumlardan 20 nəfərə qədər ziyalı, dilçi alim daxildir.


M.Nağısoylu çıxışında vurğulayıb ki, Dilçilik İnstitutu dilçilik üzrə qurumdur. Orfoqrafiya lüğətinin akademik nəşrini Dilçilik İnstitutu hazırlamalıdır.
Çıxış edən professor İsmayıl Məmmədli yeni Orfoqrafiya qaydaları haqqında məlumat verib. İrəli sürülən təkliflər içərisində sözün sonunda işlənən qoşa ss samitlərindən yalnız birinin yazılması (boss-bos, sterss-ster, ekspress- ekspres) , -“iyyət” şəkilçisinin yazıda “–iyət” kimi (ədəbiyat, cəmiyət, fəaliyət) təsbit olunması müzakirəyə çıxarılıb.
Həmçinin tərkibində “ilə” qoşması olan sözlərin bitişik yazılması da diqqətə çatdırılıb. (etibarilə, münasibətilə, tamamilə)
Qeyd edilən təkliflər ilkin müzakirədə irəli sürülüb. Bundan sonra da Orfoqrafiya qaydaları haqqında müzakirələr keçiriləcək.


İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri dosent Təranə Şükürlü

SAYTDA AXTAR
 

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2017.