Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
8.11.2017

ELMİ ŞURA

8 noybrda AMEA Nəsimi adına Dilçilik İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. Dilçilik İnstitutunun direktoru, Elmi Şuranın sədri akademik Möhsün Nağısoylu iclası giriş sözü ilə açaraq bildirib ki, gündəliyə institutun 2017-ci il elmi-təşkilati fəaliyyəti haqqında illik hesabatlar daxildir.
İclasda illik hesabatlarını təqdim edən şöbə müdirləri 2017-ci ildə həyata keçirilən elmi-tədqiqat işləri, elmi-innovasiya fəaliyyəti, elmi-pedaqoji fəaliyyət, konfrans, seminar, simpoziumlarda iştirak, çap olunmuş elmi əsərlər, tanınmış elmi jurnallarda dərc olunan məqalələr, elmi-praktiki nəticələrin KİV-lərdə təbliği və elmi-təşkilati fəaliyyət haqqında geniş məlumat vermişlər.
Bu il Müasir Azərbaycan dili şöbəsi üzrə 2 kitab, 4 məqalə, Azərbaycan dili tarixi şöbəsi üzrə 2 kitab, 17 məqalə, Sosiolinqvistika şöbəsi üzrə 2 kitab, 23 məqalə, Terminologiya şöbəsi üzrə 3 lüğət, 3 məqalə, 6 kitab, Nəzəri dilçlilik şöbəsi üzrə Mirzə Kazım bəyin “Türk-tatar dilinin qrammatikası” əsərinin tərcüməsi, Tətbiqi dilçilik şöbəsi üzrə 4 kitab, Türk dilləri şöbəsi üzrə 2 kitab, 35 məqalə, Hind-Avropa dilləri şöbəsi üzrə 4 kitab, 2 proqram, 14 məqalə, Kompüter dilçiliyi üzrə 18 məqalə, Monitorinq şöbəsi üzrə 2 kitab, 14 məqalə, Qədim dillər və mədəniyyətlər şöbəsi üzrə 1 kitab, 1 proqram, 26 məqalə çap olunub.


“Azərbaycan dialektologiyası” şöbəsinin müdiri Kifayət İmamquliyeva hesabatında şöbə əməkdaşlarının “Qarabağ dialektoloji atlas”ı üzərində çalışması, bununla əlaqədar olaraq şöbə əməkdaşlarının ekspedisiyalarda iştirakından bəhs edib.
İclada təqdim olunmuş 11 şöbə üzrə hesabatlarla bağlı müzakirələr aparılmış, şöbələrin fəaliyyəti müsbət qiymətləndirilmiş, rəy və təkliflər bildirilmişdir.
Həmçinin Azərbaycan Respublikasının Prezidentinin 2013-cü il 9 aprel tarixli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə dair Dövlət Proqramı haqqında” sərəncamın icra vəziyyəti barədə şöbə müdirlərinin hesabatı diqqətə çatdırıldı.
Sonra seminar iclasının hesabatı İsmayıl Məmmədlinin təqdimatında dinlənilib. Sədr bildirib ki, 2017-ci ildə Müdafiə Şurasının seminarında 26 nəfər iddiaçının dissertasiya işi müzakirə olunub.
İnstitutunun elmi seminarları hesabatı ilə S.Sadıqova şura üzvlərini tanış etdi. Bildirib ki, bu il elmi seminarda 7 nəfər məruzələrlə çıxış edib. Məruzəçilər arasında müxtəlif ali məktəblərin alimləri də mövcuddur.


İnstitutun Dissertasiya Şurasının işi haqqında şuranın katibi Sevinc Məmmədova məlumat verib. S.Məmmədova çıxışında nəzərə çatdırıb ki, 2017-ci ildə 19 nəfər iddiaçı müdafiə edib. Onlardan üç nəfəri doktorluq, 16 nəfər isə fəlsəfə doktoru üzrə dissertasiya işinin müdafiəsinə həsr olunub.
Sonra Dilçilik İnstitutun Həmkarlar Təşkilatının fəaliyyətinin illik hesabatını Həmkarlar Təşkilatının sədri Sevinc Əliyeva təqdim etdi.
Sonda cari məsələlər diqqətə çatdırılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

SAYTDA AXTAR
 

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2017.