Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
3.11.2017

Akademik Möhsün Nağısoylunun ikicildlik “Seçilmiş əsərləri” çapdan çıxmışdır

AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylunun ikicildlik “Seçilmiş əsərləri” çapdan çıxıb. Kitabın elmi redaktoru akademik Vasim Məmmədəliyevdir.
“Seçilmiş əsərlər” əsasən “XV-XVI əsrlər Azərbaycan-türk tərcümə əsərləri əlyazmalarının mətnşünaslıq-dilçilik yönündən araşdırılmasına həsr olunub. Kitabda mətnşünas-dilçi alim M.Nağısoylunun bir neçə monoqrafiyası və seçmə məqalələri toplanmışdır.
İki fəsildən ibarət olan birinci cild “Orta əsrlərdə Azərbaycanda tərcümə sənəti”, əsas növləri və səciyyəvi xüsusiyyətlərindən bəhs edir.
Əsərin birinci fəsli alimin “Gülşəni-Raz” əsəri , onun türkcəyə tərcüməsi və tərcümənin tekstoloji tədqiqi ilə bağlı mətnləri əhatə edir.
İkinci fəsildə isə “Hədisi-ərbəin” tərcüməsinin filoloji-tekstoloji tədqiqi öz əksini tapıb.
Həmçinin kitaba alimin müxtəlif illərdə yazılan dövri mətbuatda dərc olunan elmi-publisistik məqalələri, məruzə və çıxışlarının mətnləri daxil edilib.
“Seçilmiş əsərlərin” ikinci cildində Azərbaycan tərcümə abidəsi “Şühadənamə” paleoqrafiya, orfoqrafiya və tərcümə məsələləri” yer almışdır. Burada “Şühədanamə” əlyazmasının paleoqrafik xüsusiyyətləri, Füzulinin “Hədiqətüs-süəda”nın mövzusu və “Rövzətüş-şühəda” ilə müqayisəli təhlili, A.Bakıxanovun “Riyazül-Qüds” əsəri klassik məqtəl nümunəsi kimi tədqiqata cəlb olunub.
Qeyd edək ki, “Seçilmiş əsərlər” ikicildliyi “Elm” nəşriyyatında çap olunub. Kitabın redaktoru Könül Mirzəyevadır.

İctimaiyyətlə Əlaqələr şöbəsi

SAYTDA AXTAR
 

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2017.