Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
25.10.2017

“Türkologiya” jurnalının 3-cü sayı nəşr olunub

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin təsisçisi olduğu “Türkologiya” jurnalının 2017-cı il üçün 3-cü sayı işıq üzü görüb.

Jurnalın məsul katibi Elçin İbrahimov “Türkologiya” jurnalının bu sayında Azərbaycan, rus, ingilis və türk dillərində Azərbaycan, Türkiyə, Özbəkistan, Gürcüstan, Rusiya, Cənubi Koreya, Almaniyalı alimlərinin məqalələrinin yer aldığını bildirib.

AMEA-nın Rəyasət Heyətinin qərarı ilə artıq daha geniş istiqamətləri ehtiva edən Beynəlxalq elmi jurnalın bu sayında “Klassik irs–Portretlər”, “Dilçilik”, “Ədəbiyyat və Folklor”, “Yazılı Abidələr”, “Mifologiya”, “Müzakirə” rubrikalarında yer alan elmi-nəzəri məqalələr, eləcə də, “Türkoloji mərkəzlər”, “Redaksiyaya məktub”, “Resenziya”, “Elmi həyat”, “Personalia” rubrikalarında, toplanan yazılar oxucular tərəfindən maraqla qarşılanacaq.

Beynəlxalq elmi jurnalın qayəsi “Sovetskaya Türkologiya” jurnalının elmi və mədəni ənənələrini davam etdirmək və onu təkcə bu elmi istiqamətin deyil, digər elm sahələrinin nümayəndələri üçün də maraqlı etməkdir.

Qeyd edək ki, “Türkologiya” jurnalı ildə 4 dəfə, 3 aydan bir nəşr olunur. Jurnalın növbəti sayları üçün məqalə qəbulu davam edir.

SAYTDA AXTAR
 

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2017.