Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
24.10.2017

“Грамматический статус и семантика причастий в тюркских языках” (“Türk dilllərində feili sifətlərin qrammatik statusu və semantikası”) adlı kitab işıq üzü görüb

AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyevanın “Грамматический статус и семантика причастий в тюркских языках” (“Türk dilllərində feili sifətlərin qrammatik statusu və semantikası”) adlı növbəti üçüncü kitabı işıq üzü görüb.
Monoqrafiya müasir türk dillərində və onların dialektlərində feili sifətlərin strukturunun, semantikasının və morfoloji-sintaktik funksiyalarının müqayisəli-tarixi aspektdə sistemli təhlilinə həsr olunmuşdur.
Monoqrafiyada feili sifət kateqoriyasının müəyyənləşdirilməsi, onun qrammatik statusunun konkretləşməsi və feilin şəxssiz formaları sistemində yeri göstərilir, feili sifətlərin əsas anlayışları, terminləri və onların təsnifat prinsipləri təhlil edilir.
Bundan əlavə, müəllif müasir türk dillərində və onların dialektlərində feili sifətlərin struktur-semantik mahiyyətini və morfoloji-sintaktik əlamətlərini müfəssəl təhlil edərək, hər bir feili sifətin həm oxşar, həm də diferensial morfoloji-sintaktik xüsusiyyətlərini aşkar etmişdir.
Monoqrafiyada həmçinin müasir türk dillərində və onların dialektlərində hər bir feili sifətin tarixi inkişaf gedişi izlənilir. Burada bu və ya başqa formanın yayılma dərəcəsi konkret misallarla müəyyənləşdirilir. Bununla yanaşı, monoqrafiyada türk dillərində feili sifət şəkilçilərinin etimologiyası ətraflı öyrənilmişdir və qeyri-standart feili sifət formaların müqayisəli-tarixi təhlili aparılmışdır.
Monoqrafiya, filoloqlar və şərqşünas-türkoloqlar üçün tövsiyə olunur. Kitab dərs vəsaiti kimi də istifadə oluna bilər.
Kitabın redaktoru mərhum akademik Tofiq Hacıyev, rəyçilər fil.ü.e.d., prof. Sevil Mehdiyeva və fil.ü.e.d., prof. İsmayıl Kazımovdur.

SAYTDA AXTAR
 

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2017.