Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
17.10.2017

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 2016-cı il Azərbaycanda Multikulturalizm ili, 2017-ci il isə İslam həmrəyliyi ili elan olunmuşdur.
Bu sülhsevər siyasətin və Azərbaycan xalqının bütün millətlərə və dinlərə xoş münasibətinin əyani sübutu olaraq “Bibliya tarixi” və “Pravoslav katixizisi” kitabları AMEA Dilçilik İnstitutunun Sosiolinqvistika və dil siyasəti şöbəsinin müdiri fil.ü.e.d., professor Mayıl B.Əsgərov tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş, Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən “İqumen Taisinin Xatirəsi Cəmiyyəti” ictimai birliyi tərəfindən nəfis şəkildə nəşr olunmuş və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xüsusi icazəsi ilə Azərbaycana gətirilmişdir.

Arzu edən hər kəsi

“Bibliya tarixi” və
“Pravoslav Katixizisi”
kitablarının təqdimat mərasiminə
DƏVƏT EDIRIK

Təqdimat mərasimi 25 oktyabr 2017-ci il saat 11-də
Hüseyn Cavid prospekti 115 ünvanında keçiriləcəkdir.

Tədbirin proqramı

Açılış nitqi: Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı (5-10 dəqiqə).

Salamlama: Rusiya Federasiyasının Azərbaycan Raspublikasındakı fövqəladə və səlahiyyətli səfiri Doroxin Vladimir Dmitriyeviç (5-10 dəqiqə).

Salamlama: Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiya­sının arxiyepiskopu Aleksandr (5-7 dəqiqə).

Salamlama: AMEA-nın Dilçilik İnstitutunun direktoru - akademik Möhsün Nağısoylu (5-7 dəqiqə)

Salamlama: Sankt-Peterburqun Xarici Əlaqələr Komitəsinin sədr müavini, Beynəlxalq Təşkilatlarla Əlaqə və İnformasiya İdarəsinin rəisi Kalqanov Vyaçeslav Gennadyeviç (5-7 dəqiqə).

Salamlama: “İqumen Taisinin Xatirəsi Cəmiyyəti” adlı Sank-Peterburq ictimai birliyinin rəhbəri ieromonax Aleksandr (Faut) (5-7 dəqiqə).

Salamlama: Sankt-Peterburq Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə elmi komissiyasının sədri, Dünya siyasəti kafedrasının professoru, siyasət elmləri doktoru, professor Serpskaya Olqa Lvovna (5-7 dəqiqə).

Məruzə: “İslam tolerantlığı və “Quran”ın dünya dillərinə tərcümələri” - AMEA-nın Dilçilik İnstitutunun direktoru - akademik Möhsün Nağısoylu (10 dəqiqə).

Məruzə: “İqumen Taisinin Xatirəsi Cəmiyyəti və müqəddəs ataların kitablarının tərcüməsi” - A.İ.Gertsen adına Rusiya Dövlət Pedaqoji Universitetinin İnsan psixologiyası kafedrasının professoru, psixologiya elmləri doktoru Marianna Dvoretskaya (10 dəqiqə).

Məruzə: “Bibliya tarixi” “Pravoslav katixizisi” kitablarını tər­cümə etməyimin 3 əsas səbəbi” - AMEA Dilçilik İnstitutu Sosiolinqvistika və dil siyasəti şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Mayıl B. Əsgərov (10 dəqiqə).

 

Çıxışlar:

 

Tədbirdən sonra həmin kitablar kitabxanalara, ictimai qurumlara və arzu edən bütün şəxslərə təmənnasız olaraq paylanacaqdır.

 

Hörmətlə:

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı

 

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr

 

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru

akademik Möhsün Nağısoylu


SAYTDA AXTAR
 

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2017.