Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
8.10.2017

AMEA-nın sosial siyasətinin vəzifələri və prioritetlərinə həsr olunan toplantı keçirilib

Oktyabrın 6-da Azərbaycan Milli Elmlər Akademiyasının sosial siyasətinin vəzifələri və prioritetlərinə həsr olunmuş toplantı keçirilib.

Tədbirdə Akademiyanın prezidenti, vitse-prezidentləri, akademik-katibi, elmi bölmələrin akademik-katibləri, institut və təşkilatların direktorları, fəlsəfə və elmlər doktorları, AMEA Rəyasət Heyəti aparatının məsul əməkdaşları iştirak ediblər. AMEA-nın prezidenti, akademik Akif Əlizadə tədbiri giriş sözü ilə açaraq elmi işçilərin, elm nümayəndələrinin sosial vəziyyətinin yaxşılaşdırılması yönündə görülən işlərdən danışıb: “Sosial problemlər hər gün diqqətimizdədir, bunun üçün bütün səylərimizi səfərbər etmişik. AMEA istirahəti, sağlamlığı, maddi rifahının günün tələblərinə uyğun səviyyəyə qaldırılması, iş və mənzil şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Bu istiqamətlərdə yeni-yeni addımlar atılıb, bir sıra problemlər öz həllini tapıb”. Həyata keçirilən bütün bu layihələrin Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olduğunu deyən akademik Akif Əlizadə yaşayış sahəsinin yaxşılaşdırılmasına ehtiyacı olan elmi işçilərin, o cümlədən gənc alimlərin mənzillə təmin olunması məqsədilə evlərin inşası üçün respublikanın aidiyyatı rəhbər orqanları ilə danışıqların davam etdirildiyini vurğulayıb.

Tədbirin sonunda AMEA-nın bir qrup əməkdaşına verilmiş evlərin sənəd və açarları təqdim olunub. Akademik Akif Əlizadə AMEA RH-nin mənzil komissiyasının qərarı ilə bu gün evlə təmin olunmuş hər bir akademiya əməkdaşını təbrik edib, onlara yeni mənzillərində can sağlığı, uğurlar arzu edib.

Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları dosentlər: Rasim Heydərov, Teyyub Quliyev, Şahlar Məmmədli və Güntəkin Binnətova da yeni mənzillə təmin olunub. Rasim Heydərov çıxış edərək akademik Akif Əlizadəyə belə qayğıya görə öz təşəkkürünü bildirib.

SAYTDA AXTAR
 

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2017.