Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
4.10.2017

ELMİ ŞURANIN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

4 oktyabrda Nəsimi adına Dilçilik İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.

Elmi şuranı giriş sözü ilə açan akademik Möhsün Nağısoylu gündəlikdə olan ilk məsələni diqqətə çatdırıb.

İlk olaraq iclasda 2017-ci ilin 9 ayı ərzində yerinə yetirilimiş elmi-təşkilati fəaliyyət, fundamental tədqiqatlar haqqında şöbə müdirləri geniş şəkildə danışıb. Hesabatda institutut alimlərinin xaricdə nəşr olunmuş kitabları, məqalələri haqqında da məlumat verilib. Bəhs olunan məsələ ətrafında müzakirələrdən sonra hesabat məqbul hesab edilib.

Həmçinin “Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 9 aprel tarixli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” nın yerinə yetirilməsi barədə məsələlər iclasda geniş müzakirə olunub.

Sonra Elmi Şurada 25-28 sentyabrda Rumıniyanın Buxarest şəhərindəki Bukreş Universitetində XII Beynəlxalq Böyük Türk Dil Qurultayında iştirak etmiş əməkdaşların ezamiyyəti haqqında Elmi işlər üzrə direktor müavini dosent Baba Məhərrəmlinin məlumatı dinlənilib. B.Məhərrəmli Rumıniyanın Buxarest şəhərində keçirilən XII Böyük Türk Dil Qurultayı haqqında məruzəsində bildirib ki, Nəsimi adına Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu, elmi işlər üzrə direktor müavini Baba Məhərrəmli, elmi katib Aynel Məşədiyeva, Sosiolinqvistika şöbəsinin aparıcı elmi işçisi Roza Eyvazova, Türk dilləri şöbəsinin müdiri Aygül Hacıyeva həmin konfransda iştirak edib.

Sonra institut əməkdaşları: E.Əhmədova, Ş.Həsənli Qəribova, E.Əhmədova, F.Mustafayevə dosent elmi adının verilməsi barədə Elmi Şura vəsatət qaldırdı.
Cari məslələr sırasında isə “Qədim erməni dili” üzrə magistr proqramı müzakirə olunaraq çapa məsləhət bilinib.

İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri dosent Təranə Şükürlü

SAYTDA AXTAR
 

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2017.