Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
Elmi şura
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Təhsil şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
2.10.2017

XII Beynəlxalq Böyük Türk Dil Qurultayı keçirilib

25-28 sentyabrda Rumıniyanın Buxarest şəhərindəki Bukreş Universitetində XII Beynəlxalq Böyük Türk Dil Qurultayı keçirilib.
Türkiyənin Bilkent Universiteti, Yunis Əmrə İnstitutu, Türk Dünyası Araşdırmalar Vəqfi, Azərbaycan Türkiyə Dostluq Birliyinin birgə təşkilatçılığı ilə keçirilən Qurultay əski türkcənin tarixi qaynaqlarının öyrənilməsinə həsr olunub. Onlarla fərqli ölkələrin nümayəndələrinin iştirak etdiyi qurultayın sədri Bilkent Universitetinin professoru Rasim Özyürek idi.


XII Beynəlxalq Böyük Türk Qurultayında Bilkent Universiteti, Yunis Əmrə İnstitutu, Burkeş Universiteti, Türk Dünyası Araşdırmalar Vəqfi, AMEA Nəsimi adına Dilçilik İnstitutunun alimləri bir araya toplanıb.
Qurultayın açılış nitqində Rasim Özyürək bildirib ki, Qurultaya müraciət olunan 258 nərəin məqaləsindən yalnız 144-ü qəbul edilib. Konfransda türk dillərinin tarixi və müasir dövrlərinə dair müxtəlif mövzular müzakirəyə çıxarılacaq.

Sonra Qurultay tərəfindən seçilmiş elmi işlərin məruzələri müxtəlif zallarda davam edib.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu, elmi işlər üzrə direktor müavini fil.ü.f.d., dos. Baba Məhərrəmli, elmi katib fil.ü.f.d.,dos. Aynel Məşədiyeva, Sosiolinqvistika şöbəsinin aparıcı elmi işçisi professor Roza Eyvazova, Türk dilləri şöbəsinin müdiri fil.ü.f.d., dos. Aygül Hacıyeva iştirak edib.

Akademik Möhsün Nağısoylu “Orta əsr Azərbaycan-türk əlyazmalarının bəzi imla özəllikləri” məruzəsilə çıxış edib. M.Nağısoylu həm də iclasın D salonun həmsədri seçilib. M.Nağısoylu Türk- Dil Qurultayının elmi səviyyəsini və təşkilini çox yüksək qiymətləndirib.
R.Eyvazova “Qarşılıqlı əlaqələr zəminində İran türklərinin əski tarixinə bir baxış”, A.Məşədiyeva “Əski türkcədəki feili-sifət şəkilçilərinin çağdaş türk ləhcələrində ekvivalentləri”, A.Hacıyeva “Ruhi Bağdadi divanının dilində saylar”, B.Məhərrəmli “ Əski türkcədə söz yaradıcılığı” adlı mövzularda məruzələrlə çıxış ediblər.
Qurultay sentyabrın 28-də yekunlaşıb.


Mətbuat xidməti

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.