Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
Elmi şura
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Təhsil şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
27.9.2017

"Türk-tatar dilinin ümumi qrammatikasının tərcümə, tədqiq və şərhi" monoqrafiyası


Böyük dilçi və şərqşünas alim Mirzə Kazımbəyin bütün dünyada məşhur olan "Türk-tatar dilinin qrammatikası" əsəri bugünlərdə Azərbaycan dilində geniş şərhlərlə çap olunub. Azərbaycan dilçiliyinin və ümumən türkologiyanın şah əsərini müəllifin ana dilinə professor İdris Abbasov çevirib.

Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun "Nəzəri dilçilik" şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor İdris Abbasovun "Mirzə Kazımbəyin "Türk-tatar dilinin ümumi qrammatikasının tərcümə, tədqiq və şərhi" kitabı türkologiya, Azərbaycan dilçiliyi və ümumi dilçilik baxımından xüsusi önəm daşıyır. Dilçilik İnstitutunun alim-professorları, elmi şura üzvləri və digər elmi müəssisədən olan alimlər milli-mədəni sərvətimizin tərkib hissəsi olan bu möhtəşəm məxəzin ana dilimizə tərcümə edilməsini çox doğru olaraq Azərbaycan dilçilik elmi və türkologiyasına əvəzsiz töhfə hesab etmiş, əsərin tədqiq və şərhlərlə təqdim olunmasını isə son onilliklər ərzində Azərbaycan dilçilik elmində hadisə sayaraq, bu işin ən ali mükafatlara layiq olduğunu vurğulamışlar.
Bir sözlə, İdris Abbasovun "Mirzə Kazımbəyin "Türk-tatar dilinin qrammatikası"nın tərcümə, tədqiq və şərhi" monoqrafiyası öz elmi miqyasına görə bir institutun görə biləcəyi ağır və məsuliyyətli işdir.
Kitabın elmi məsləhtçi, akademik Tofiq Hacıyev, elmi redaktorları, akademik Nizami Cəfərov, professor Buludxan Xəlilov və AMEA Nəsimi adına Dilçilik İnstitutunun dissertantı Elnurə Abbasovadır.
Rəyçilər: professorlar Q.Kazımov, R.Eyvazova, Q.Məşədiyev, A.Qasımova, M.Hüseynov, S.Zeynalov, İ.Kazımov, S.Sadıqova, İ.Mmmədli,O.Musayev, fil.e.d. Z.Əliyeva, fil.e.d. N.Seyidəliyev, fil.e.f.dosentlər : K.İmamquliyeva, A.Məşədiyeva, B.Məhərrəmli, T.Şükürlü, fil.e.d. T.Baxşıyeva.
Kitab 1000 səhifədən ibarətdir.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.