Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
22.9.2017

ELMİ SEMİNARIN İCLASI KEÇİRİLİB

22 sentyabrda AMEA Nəsimi adına Dilçilik İnstitutunda Seminarın növbəti iclası keçirilib. İclasda Türk dilləri şöbəsinin böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Ruslan Abdullayevin “Türk dillərində fonetik və leksik differensiasiya” adlı məruzəsinin müzakirəsi keçirilib.
İclasda institutun direktoru akademik Möhsün Nağısoylu, şöbə müdirləri və əməkdaşlar iştirak ediblər. İclası giriş sözü ilə açan Elmi seminarın sədri professor S.Sadıqova R.Abdullayevin səmərəli elmi fəaliyyəti haqqında qısa məlumat verib.
Çıxış edən R.Abdullayev bildirdi ki, Yunan mənşəli olan diferensiasiya sözü vahidin, bütövün fikrən hissələrə ayrılması, inteqrasiya isə əksinə, hissələr arasında qarşılıqlı əlaqə vasitəsi olub tama, bütövə çevrilmə prosesidir. Bu terminlər riyaziyyat, pedaqogika, iqtisadiyyat və digər elmlərdə istifadə edildiyi kimi dilçilik elmində də istifadə edilən terminlərdir. Dilçiliklə bununla bağlı yazılmış müxtəlif nəzəri məlumatlar, fərqli formalarda təriflər vardır.

Fonetik diferensiasiya

F.Veysəlli fonetik diferensiasiyanı Azərbaycan dilində "fərq", "fərqlənmə" mənalarına gəldiyini, minimum bir cüt fonemi fərqləndirən əlamət kimi izah edir. Türk dillərinin fonetikasına nəzər salsaq onlar arasında da həm miqdar, həm də səslənmə cəhətdən fərqlərin olduğunu görəcəyik. Müasir türk dillərində saitlərin sayı 6-9 arasında dəyişir. Bəzi türk dillərində yarım dar ĭ, ŏ, ȇ, ə saitlərindən istifadə edilir. Buraya başqırd, tatar noqay və s dilləri aid etmək olar. Türk dillərində fonetik diferensiasiya özünü iki formada göstərir.
1. Nizamlı , 2.Sporatik
Müasir özbək dilində a saiti Azərbaycan dilindəki a saitindən fərqlənir. Belə ki, özbək dilində a saiti ilə yanaşı a ilə o arasında tələffüz məxrəcinə malik a saiti də vardır. Bu zaman a saiti o fonemi ilə verilir. Məsələn: bala-bola, baba –boba, baş –boş, balta-bolta, daş-toş və s.
Türk dili ilə Qazax dili arasında nizamlı olaraq səs diferensiasiyası aşağıdakı kimi özünü göstərir:
y- ⁓ j-: yıl(Türk) – jıl (Qaz.) – il (Azər.), yol (Türk) –jol (Qaz.) yol (Azər.)
ç⁓ş: aç (Türk) – aş (Qaz.) – aç (Azər)
ş⁓s : aş (Türk.) – as (Qaz.) – aş (Azər)
S.Eker qeyd edir ki Qazax dilində ş>s və ç>ş formasında olmalıdır. Yəni ş-lər s-olmuş, bu diferensiasiya başa çatdıqdan sonra ç>ş dəyişməsi həyata keçdiyi qeyd etmişdir.

Leksik diferensiasiya

Türk dillərinin hər birinin özünəməxsus leksikası müəyyən dərəcədə bir-biri ilə həm məna, həm səslənmə cəhətdən üst-üstə düşür. Buna görə də türk dilləri arasında olan sözləri 3 qrupa ayırmaq mümkündür: 1=1 - Məsələn: T.tü. at  Az. at  Başk. at  Qaz. at  Qırğ. at  Özb. at  Tat. at  Türkm. at  Uyg. At
1  1n - Qazax dilində kol  Qırğ. kol  Özb. kol sözlərinin qavrayışı Azərbaycan dilində qol+əl mənalarına qarşılıq gəlməkdədir.
1   - Məsələn qazax dilində işlədilən dombıra sözü (qazax xalqının milli musiqi aləti), digər türk dillərində qarşılığı yoxdur. Türkiyə türkcəsində istifadə edilən bağlama (üç cüt simli musiqi aləti) sözünün digər türk dillərində qarşılığı istifadə edilmir. Beləliklə nəticə olaraq deyə bilərik ki, türk dillərinin diferensiasiyasında üç forma özünü göstərmiş olur:
a. Qaynaq dildəki bir söz, digər türk dilləri ilə həm səslənməsi, həm də semantik mənası eyni ola bilir, sadəcə deyimlərdə diferensiallaşır.
b. Qaynaq dildəki bir söz, digər türk dilləri ilə müqayisədə ya səslənməsi diferensiallaşmış, ya da mənası difernsiallaşıdığı üçün birdən çox qarşılığı ola bilir.
c. Qaynaq dildəki bir söz müqayisə edilən dildə qarşılığı olmadığı üçün sadəcə məna izahı ilə difernsiallaşır.

Mövzu ətrafında çıxış etdikdən sonra iddiaçıya suallar verilidi.
Sonda mövzu ətrafında müzakirələr aparıldı. R.Abdullayev sonda seminar iştirakçılarına öz təşəkkürünü bildirib.

Mətbuat xidməti

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.