Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
Elmi şura
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Təhsil şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters

21.6.2017

ELMİ ŞURA

11 iyunda AMEA Nəsimi adına Dilçilik İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan Nəsimi adına Dilçilik İnstitutunun direktoru akademik M.Nağısoylu gündəlikdə olan ilkin məsələni diqqətə çatdırıb.
İlk olaraq institutun 2017-ci il elmi - təşkilati fəaliyyəti haqqında 6 aylıq hesabatı
ilə bağlı elmi işlər üzrə direktor müavini dosent Baba Məhərrəmlinin məruzəsi dinlənilib. Qeyd edək ki, Hesabat elmi katib dosent Aynel Məşədiyeva tərəfindən hazırlanıb. Hesabat iclasında fəxri qonaq kimi AMEA-nın müxbir üzvü Nüşabə Araslı iştirak edib.
6 aylıq hesabat dinlənildikdən sonra Elmi şura üzvləri hesabatı qənaətbəxş hesab etdilər.
AMEA-nın müxbir üzvü N.Araslı çıxışında hesabatı böyük fərəh hissilə dinlədiyini vurğulayıb. Bildirib ki, bu hesabat məndə institut haqqında böyük təsəvvür yaratdı.
Sonra Müasir Azərbaycan dili şöbəsinin sabiq doktorantı Təranə İsmayılovaya yeni elmi rəhbərin təyin edilməsi məsələsi də müzakirəyə çıxarılıb.
Sonda cari məsələlərə baxılıb.

İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri dosent Təranə Şükürlü

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.