Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
Elmi şura
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Təhsil şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
14.6.2017

AMEA Nəsimi adına Dilçilik İnstitutunda Elmi Seminarın növbəti iclası keçirilib

İyunun 14-də AMEA Nəsimi adına Dilçilik İnstitutunda Elmi Seminarın növbəti iclası keçirilib.
İclasda AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, seminarın sədri professor S.Sadıqova, şöbə müdirləri və əməkdaşlar iştirak ediblər.
Seminarda Nəsimi adına Dilçilik İnstitutu Azərbaycan dilinin dialektologiyası şöbəsinin aparıcı elmi işçisi Qüdsiyyə Qəmbərovanın “ Azərbaycanda multikultural şəraitin molokan dilinə diaxronik-dialektoloji təsiri” mövzusunda məruzəsi dinlənilib.
Çıxış edən Q.Qəmbərova bildirib ki, “Molokanların dili rus dilinin Cənub - Şərqi Velikorus şivəsinə aiddir. Onların “Zionskii Pessenik” adlandırdıqları bir ilahi və ya dua kitabları vardır. Bu kitab əlyazma şəklində çoxaldılmışdır. Molokanlar xristian dini rituallarına müdaxilə etdikləri üçün onlara kilsə tərəfindən “Osobenno vrednım eresyam” “damğa”sı vurulmuşdur. Molokanizm xristian ortodoks kilsəsindən ayrılmış bir təriqətdir. 28 mart 1805-ci ildə başlayan bu ayrılış 22 mart 1809-cu ilə qədər davam etmişdür. Rusiyanın Saratov və Tambov bölgələrində yaşayan molokanlar o dövrdə Ruslarla bir anlaşılmazlığa gəlmişlər. Xristian qanunlarına görə onlara həftədə iki gün süd içməyə icazə verildiyi halda, molokanlar bu inanca etiraz edərək həftənin hər günündə süd içilməsinə icazə verilməsini tələb edirdilər. Molokanlara görə, oruc müəyyən vaxt müddətində deyil, insan özünün günahkar olduğunu və nəfsinin ağlına üstün gəldiyini hiss etdiyində tutulmalıdır. Orucluqda yemək və içməkdən tamamilə imtina edilməlidir.


Molokanların məhz vicdan azadlığı ilə bağlı müstəqilliyi onların başqa dini inanclı insanların əhatəsində uzun illər yaşamasına imkan vermişdir. Maraqlıdır ki, islamda haram buyurulan donuz əti, pulsuz balıq, spirtli içki və narkotikadan istifadəyə molokanizm də qadağa qoyur. Bunadan əlavə, dəfn mərasimlərində spirtli içkinin verilməməsi, xaçın çəkilməməsi onları digər xristian məzhəblərindən ayırır. Molokanlar azərbaycanlılır kimi çoxuşaqlığı sevir və ənənəvi olaraq yaşadırlar. Azərbaycan molokanları kompakt yaşayış yerlərinə özlərinə məxsus adlar – ya öz əvvəlki yaşayış məskənlərinin, ya da öz icma başçılarının adlarını vermişlər: Saratovka (Gədəbəy), Maryovka (Şamaxı), İvanovka (İsmayıllı), Novovasilevka (Neftçala) və s.
Özlərinin bəzi dini dəyərlərinin islam dininin şərtləri ilə uyğun olması onları azərbaycanlılarla doğmalaşdırmışdır. Dinc-mehribanlıq şəraitində yaşamaq və işləmək molokanların həm də Azərbaycan dilinə rəğbət bəsləmələrinə səbəb olmuşdur. Molokanlar əsasən məskunlaşdıqları ərazinin yerli şivəsində danışırlar. Bu da səbəbsiz deyildir, çünki molokanlar öz ana dillərində - rus dilində təhsil alırlar.Azərbaycan dilini öyrənmək bu xalq üçün könüllüdür. Beləliklə, məhz bu amilin nəticəsində molokan dilinə Azərbaycan şivələrinin hansı səviyyədə təsirini izləmək mühüm elmi əhəmiyyət daşıyır”.
Sonda mövzu ətrafında suallar verilib, müzakirələr aparılıb.

İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Təranə Şükürlü

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.