Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
Elmi şura
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Təhsil şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
13.6.2017

AMEA Nəsimi adına Dilçilik İnstitutunda İxtisaslaşdırılmış Magistr Dissertasiya Müdafiə Şurasının iclası keçirilib

İyunun 12-də AMEA Nəsimi adına Dilçilik İnstitutunda 2017-ci tədris ilində elmi-tədqiqat və elmi-pedaqoji təcrübələrini uğurla başa vurmuş II kurs magistrantların magistr dissertasiyalarının müdafiəsi keçirilib.
İclasda üç magistrant diplom müdafisəsinə buraxılıb.
Tədbirdə AMEA-nın prezidenti Akif Əlizadə, Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Elm və Təhsil İdarəsinin rəisi AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, Elm və Təhsil İdarəsinin Magistratura şöbəsinin rəisi Hüseyn Hüseynov iştirak ediblər.


AMEA rəhbəri akademik A.Əlizadə magistraturanı bitirən gəncləri təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Alim bundan sonra da gənclərin elmi-tədqiqatlar aparması və dünya elminə inteqrasiyaları üçün lazımi köməklik göstərməyə hazır olduğunu qeyd edib.
Çıxış edən magistrantlar akademik Akif Əlizadəyə AMEA-da magistratura pilləsinin yaradılması və təhsil aldıqları müddətdə göstərdiyi diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər. AMEA-nın elmi-tədqiqat laboratoriyalarında əldə etdikləri bilik və təcrübənin onların gələcək fəaliyyətlərinin daha səmərəli təşkilində mühüm rol oynayacağına əminliklərini ifadə ediblər.


Qeyd edək ki, Magistr Dissertasiya Müdafiə Şurasının sədri “Qədim dillər və mədəniyyətlər” şöbəsinin müdiri fil.ü.e.d. İlhami Cəfərsoy, müavini professor Aslan Məmmədli, elmi katibi isə Təhsil şöbəsinin müdiri Qətibə Quliyevadır.
Professor Sayalı Sadıqova, elmi işlər üzrə direktor müavini Baba Məhərrəmli, fil.ü.e.d. Kifayət İmamquluyeva və fil.ü.f.d., dos. Müqəddin Əbdüləliyev İMDMŞ-nın üzvləridir. Şuranın iclasında magistrlər: Aynur İmanova “Roma dövrü latın mənbələrinin onomaloji leksikası və onun Azərbaycan coğrafiyasında paralelləri”, Ülkər Mirzəyeva “Cənubi Qafqazın etnotoponimləri qədim yunan coğrafiyaşünaslarının əsərlərində” , Aysel Sadıqova “Sanskrit ədəbi və tarixi abidələrinin türk leksikası” mövzusunda yazdıqları dissertasiya işlərini uğurla müdafiə ediblər.

Sonda magistratların hər birinə müvafiq ixtisaslar üzrə magistr elmi dərəcəsinin və fərqlənmə diplomunun verilməsi haqqında qərar qəbul edilib.

İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Təranə Şükürlü

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.