Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
9.6.2017

ELMİ ŞURA

7 iyunda AMEA Nəsimi adına Dilçilik İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclasda elmi tədqiqat işlərinin yerinə yetirilməsinin 6 aylıq vəziyyəti barədə şöbə müdirlərinin hesabatı dinlənilib.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 9 aprel tarixli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə dair Dövlət Proqramı haqqında” sərəncamının icra vəziyəti barədə” şöbə müdirlərinin hesabatı da iclasda müzakirə olunub.
Sonra şura üzvləri professor İsmayıl Məmmədlinin təqdimatında seminar iclasının, Mehriban Bəylərovanın məruzəsində isə institut arxivinin 6 aylıq hesabatı ilə tanış olublar.
Həmçinin Dissertasiya Şurasının hesabatı haqqında Sevinc Məmmədovanın, Həmkarlar Təşkilatının fəaliyyəti barədə Sevinc Əliyevanın məruzələri dinlənilib.
Sonra 2016 – cı ildə qəbul olunmuş doktorant və dissertantların fərdi iş planlarının təsdiq olunub.
Bununla yanaşı, Elmi Şurada Azərbaycan Dialektologiyası şöbəsinin bir qrup əməkdaşının Ağcabədi və Laçın rayonlarına ezam olunması və orada görülmüş işlər haqqında ekspedisiya rəhbəri Kifayət İmamquliyevanın da hesabatı dinlənilib.
Sonda cari məslələlərə baxılıb.
Mətbuat xidmətinin rəhbəri dosent Təranə Şükürlü

SAYTDA AXTAR
 

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2017.