Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
30.5.2017

Telekanalların dil mənzərəsi

Dil hər bir xalqın milli sərvəti, onun qan yaddaşı və varlığının təzahürüdür. Dil həm də milli dövlətçiliyin rəmzi olduğu üçün onun inkişaf etdirilməsi, qayda və normalrının qorunması hər bir vətəndaşın borcudur. Bu fikirlər mayın 30-da AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun keçirdiyi mətbuat konfransında səslənmişdir.


Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə (9 aprel 2013) təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda ana dilimizin dövlət dili kimi inkişafı, ədəbi normalara əməl olunması üçün ciddi vəzifələr müəyyənləşdirilmişdir. Dil nöqsanlarının aradan qaldırılması üçün küçə adları, reklam, afişalarda, elanlarda, o cümlədən KİV-də və internetdə, dil normalarının pozulmasının qarşısının alınması (6.2.3; 6.3.8), idarəçilikdə və kargüzarlıqda ədəbi dilin düzgün tətbiq edilməsi (6.2.3), əhali arasında nitq mədəniyyətinin yüksəldilməsi (6.5.2) və s. bu vəzifələrə daxildir.


Mətbuat konfransını giriş sözü ilə İnstitutun direktoru, akademik Möhsün Nağısoylu açaraq “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın yerinə yetirilməsi sahəsində görülən işlərdən söz açmışdır.
Mətbuat konfransında çıxış edən İnstitutun Monitorinq şöbəsinin müdiri dosent Sevinc Əliyeva “Dövlət Proqramı”nın Azərbaycan dilinin inkişafı üçün geniş imkanlar açdığını vurğulayaraq, mövcud dil mənzərəsini öyrənmək üçün şöbə əməkdaşlarının bir neçə istiqamətdə monitorinqlər apardığını bildirmişdir.


Daha sonra institutun aparıcı elmi işçisi dosent Nəzakət Qaziyeva televiziya verilişlərinin dili üzərində aparılan monitorinqlərin nəticələri və müşahidə olunan dil qüsurları haqqında məlumat vermişdir. Bir neçə il müddətində davamlı şəkildə aparılmış monitorinqlərin nəticələri ilə bağlı statistik göstəricilər müqayisəli şəkildə təhlil olunmuşdur.
Məsələ ətrafında müzakirələrdən sonra mətbuat konfransının iştirakçıları KİV nümayəndələrinin suallarını cavablandırmışlar.

Mətbuat xidməti

SAYTDA AXTAR
 

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2017.