Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
Elmi şura
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Təhsil şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
24.5.2017

AMEA-nın 41 YENİ ÜZVÜNƏ DİPLOMLAR TƏQDİM OLUNUB

Mayın 24-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında AMEA-nın yeni seçilmiş 16 həqiqi və 25 müxbir üzvünə diplomlar təqdim olunub.
Tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə yeni üzvləri təbrik edərək onlara elmi fəaliyyət sahəsində dövlət siyasətinin əsas prinsip, məqsəd və prioritetlərinin həyata keçirilməsində uğurlar diləyib, Azərbaycan elminin davamlı inkişafı naminə səfərbər olmağa çağırıb.


Akademik ötən ay keçirilən AMEA-nın Ümumi yığıncaqlarından söz açıb. Qeyd edib ki, bu tədbirlərdə Azərbaycan elminin inkişafı və respublikanın ictimai-mədəni həyatı üçün mühüm olan bir sıra məsələlər müzakirə edilib: “Akademiyanın ölkə Prezidenti İlham Əliyevin elmin inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrasının davam etdirilməsi, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”nin həyata keçirilməsində AMEA-nın yaxından iştirakının təmin edilməsi, AMEA-da prioritet istiqamətli elmi tədqiqatlara üstünlük verilməsi və digər məsələlərlə bağlı qərarlar qəbul olunub, AMEA üzvlüyünə seçkilər keçirilib”.
Tədbirdə AMEA prezidenti Akademiyanın yeni üzvlərinə diplom, üzərində Nizami Gəncəvinin şəkli həkk olunmuş döş nişanı və vəsiqələri təqdim edib.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.