Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
15.5.2017

Akademik Akif Əlizadə AMEA-nın sonuncu kurs magistrantları ilə görüşüb

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə AMEA-nın bir qrup sonuncu kurs magistrantı ilə görüşüb. Akademik bildirib ki, AMEA-da magistratura pilləsi yeni yaradılmasına baxmayaraq bu işin uğurla həyata keçirilməsində böyük təcrübə əldə olunub. Akademiya rəhbəri AMEA-da magistratura təhsilinin təşkilinin gənclərin burada elmi fəaliyyətə cəlb olunmasına böyük təkan verdiyini deyib.

Akademik Akif Əlizadə magistrantların məzun olduqdan sonra AMEA-da fəaliyyətlərini davam etdirmələri, elmi-tədqiqatlar aparmaları və dünya elminə inteqrasiyaları üçün bütün imkanların yaradılacağını bildirib.

Sonra magistrantlar ikiillik təhsil müddətində əldə etdikləri təcrübə və nailiyyətlərdən danışıblar. Magistratura təhsili ilə bağlı xoş təəssüratlarını bölüşən gənclər yerli və əcnəbi alimlərin mühazirələrində, bir sıra respublika və beynəlxalq səviyyəli tədbirlərdə iştirak etdiklərini, xarici ölkələrdə ezamiyyət müddətində öyrəndiklərinin, AMEA laboratoriyalarında aparılan tədqiqatların onların elmi təfəkkürlərinin formalaşmasında mühüm rol oynadığını vurğulayıblar. Magistranlar yaradılan şəraitə görə Akademiya rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru Maisə Rəhimova, Elm və Təhsil İdarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin rəisi Zülfüqar Fərzəliyev, Elm və Təhsil İdarəsinin Magistratura şöbəsinin rəisi, texnika üzrə fəlsəfə doktoru Hüseyn Hüseynov iştirak ediblər.

SAYTDA AXTAR
 

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2017.