Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
11.5.2017

Türk dünyasının tanınmış tədqiqatçısı Lev Qumilyovun 105 illik yubileyi AMEA-da qeyd olunub

Bu gün Mərkəzi Elmi Kitabxanada AMEA-nın Alimlər Evi və Nəsimi adına Dilçilik İnstitutunun birgə təşkilatçılığı ilə görkəmli sovet tarixçi-etnoloqu, şərqşünas, yazıçı, şair və tərcüməçi Lev Qumilyovun anadan olmasının 105 illik yubileyinə həsr edilən tədbir keçirilib.

Tədbirdə Alimlər Evinin direktoru, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva çıxış edərək görkəmli alimin həyat və elmi fəaliyyətindən söz açıb. O, L.Qumilyovun SSRİ ərazisinin yarıdan çoxunu əhatə edən türk xalqları barədə əsl həqiqətləri, həmçinin türklərin dünya sivilizasiyasına verdikləri əvəzsiz töhfələri qorxmadan qələmə aldığını bildirib.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli L.Qumilyovun hər zaman türklərə böyük rəğbət və sevgi bəslədiyini söyləyib. Bildirib ki, alimin irəli sürdüyü konsepsiyaya görə, slavyanlar və türklər arasında dostluq əlaqələri zaman-zaman bütün Avrasiyanın həyat tərzinə çevrilib.

AMEA-nın vitse-prezidenti qeyd edib ki, görkəmli alimin “Etnogenez və yerin biosferi”, “Qədim türklər”, “Xəzər ətrafında minillik”, “Son və yenidən başlanğıc”, “Birinci türk xaqanlığının müfəssəl siyasi tarixi” kitabları və digər fundamental əsərləri SSRİ-də türklərə qarşı "vəhşi xalq" baxışını dəyişib.

Moskvada fəaliyyət göstərən Lev Qumilyov Mərkəzinin direktoru Pavel Zarifullin çıxışında alimin rus və dünya ədəbiyyatının görkəmli simalarından olan şair Anna Axmatova və Nikolay Qumilyovun ailəsində dünyaya gəldiyini bildirib. Əslən tatar olan alimin türk xalqları barədə araşdırmalarına görə həbsxanaya atıldığını deyən P.Zarifullin L.Qumilyovun baş verənlərə baxmayaraq güclü iradəsi nəticəsində əleyhdarlarına özünü görkəmli tarixçi kimi qəbul etdirdiyini və yeni tarixçilər nəsli yetişdirdiyini söyləyib.

Tədbirdə Moskva Dövlət Universitetinin professoru Zeydulla Yuzbekov, “Ocaq” Moskva-Azərbaycan Mədəniyyət Mərkəzinin prezidenti Tofiq Məlikli, Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, həmin institutun Qədim dillər və mədəniyyətlər şöbəsinin baş elmi işçisi, filologiya üzrə elmlər doktoru, professor İlhami Cəfərsoy, Folklor İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ağaverdi Xəlilov, Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Eynulla Mədətli və başqaları çıxış edərək alimin türk xalqları ilə bağlı araşdırmalarının tarixi əhəmiyyətindən danışıblar.

SAYTDA AXTAR
 

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2017.