Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
8.5.2017

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü Nəsimi adına Dilçilik İnstitutunda qeyd edilib

8 mayda AMEA Nəsimi adına Dilçilik İnstitutunda ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Anım tədbirində Heydər Əliyevin dil siyasətindən geniş söhbət açılıb.
Tədbiri açan Nəsimi adına Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu bildirib ki, Azərbaycan dilinin həm ümumxalq dili, həm də dövlət dili kimi inkişafında Ümummilli lider Heydər Əliyevin xidmətləri, sözün böyük mənasında, tarixi xidmətlərdir ki, bu mövzuda artıq onlarla ciddi elmi əsərlər yazılıb, kifayət qədər mükəmməl ümumiləşdirmələr aparılıb. Heydər Əliyevin dil quruculuğu siyasəti onun milli dövlət quruculuğu siyasətinin tərkib hissəsi olub bütöv bir sistem təşkil edir.
Ulu öndər sovetlər hakimiyyəti dövründə də Azərbaycan dilinin inkişafı üçün əvəzolunmaz xidmətlər göstərib. Ali məktəblər üçün yazılmış “Müasir Azərbaycan dili” dərsliklərinin Respublika Dövlət mükafatına layiq görülməsi, anadilli ədəbiyyatın inkişafı üçün hər cür şəraitin yaradılması, Azərbaycan ədəbiyyatı klassiklərinin təbliği məhz bunun nəticəsi idi.
Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini bu gün Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Latın qrafikasında kütləvi nəşrlərin meydana çıxması bunun parlaq göstəricisidir. Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” ana dilinin tətbiq dairəsinin genişləndirilməsi yolunda üfüqlər açıb. Qloballaşan müasir dünyada Azərbaycan dilinin taleyi, tamamilə təbiidir ki, hər bir azərbaycanlını milli təəssübkeşlik baxımından dərindən düşündürən məsələdir.
Ümummilli liderin Azərbaycan dilinin inkişafı sahəsində gördüyü işlərdən danışan professorlar İsmayıl Məmmədli və Sayalı Sadıqova bildiriblər ki, Azərbaycanda dil siyasətinin birmənalı şəkildə formalaşması, ana dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi ulu öndərin adı ilə bağlıdır.

İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Təranə Şükürlü

SAYTDA AXTAR
 

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2017.