Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
6.5.2017

Qarabağ dialektlərinin toplanması davam edir

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın 6.3.5. bəndinin (Azərbaycan dilinin müxtəlif dialekt və şivələrinin müasir dövrün tələblərinə uyğun olaraq öyrənilməsinin təmin edilməsi) həyata keçirilməsi məqsədilə Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsinin əməkdaşları Qarabağ Regional Mərkəzinin dialektoloji atlasını hazırlayır. Regionun bir çox rayonları düşmən tapdağı altındadır, əhalisi məcburi köçkündür. Məcburi köçkünlərin bir qismi, xüsusilə Laçın rayonundan olanlar Ağcabədi rayonunda məskunlaşıb. 5 mayda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları Ağcabədi rayonununTaxta-körpü qəsəbəsinə ekspedisiyaya yola düşüb. Ekspedisyada Nəsimi adına Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu da iştirak edib. Şöbə əməkdaşlarının ezamiyyəti 18 mayda sona çatacaq.

İctimaiyyətlə əlaqələr şöbəsi

SAYTDA AXTAR
 

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2017.