Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
3.5.2017

AĞAMUSA AXUNDOV XATİRƏLƏRDƏ

Aprelin 24-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti və Nəsimi adına Dilçilik İnstitutunun birgə təşkilatçılığı ilə Əməkdar elm xadimi, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı, AMEA-nın həqiqi üzvü, professor Ağamusa Axundovun 85 illik yubileyi münasibətilə "Ağamusa Axundov və Azərbaycan filologiyası" mövzusunda beynəlxalq konfrans keçirilib.
Bu münasibətlə alimin həyat və yaradıcılığının əsas məqamlarını əks etdirən “Ağamusa Axundov xatirələrdə” adlı xatirələr kitabı nəşr edilib.
Kitabın redaktoru AMEA-nın həqiqi üzvü Möhsün Nağısoylu və Ağamusa Axundovun qızı filologiya üzrə fəlsəfə doktoru, dosent Aygül Hacıyevadır.
Kitabda Azərbaycan Respublikasının Millətlərarası, Multikulturalizm və Dini məsələlər üzrə Dövlət Müşaviri akademik Kamal Abdulla, AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik katibi , akademik Teymur Kərimli, BDU-nun İlahiyyat fakültəsinin dekanı akademik Vasim Məmmədəliyev, Nəsimi adına Dilçilik İnstitutunun direktoru AMEA-nın həqiqi üzvü Möhsün Nağısoylu, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Ağamusa Axundovun dilçilik elmi sahəsindəki əvəzsiz xidmətlərindən, əldə etdiyi elmi nailiyyətlərdən və nümunəvi həyat yolundan söz açıblar. Kitabda bildirilib ki, akademik Ağamusa Axundovun elmi-nəzəri irsi ölkəmizdə və onun hüdudlarından kənarda humanitar elmi idrakın yüksək miqyasını bütün reallıqları ilə parlaq şəkildə əks etdirən zəngin və qiymətli örnəklərdir.

Nəşrdə Türkiyəli professorlar: Zeynep Korkmazın “Degerli meslektaşım Ağamusa Ahundovun Anısına, ,Şükrü Hüluk Akalının “ Ağamusa Axundovun hatırasına”, Hamza Zülfikarın “Ortak türk dili hakkındakı görüşləri və terim sorunları” Rasim Özyürəkin “Böyük dilçi, Cumhuriyet beyefendisi prof.dr. Ağamusa Ahundov” Dursun Yıldırımın “Sözün alimi Ağamusa Axundov ile bir anı” , Osman Fikri Sertkayanın “ Akademik Ağamusa Ahundovun ardından” adlı məqalələri öz əksini tapmışdır.
Kitabda həmçinin A.Axundovun yüksək elmi və zəngin mənəvi xüsusiyyətləri, parlaq şəxsiyyəti, ictimai-əxlaqi dəyərləri haqqında professorların və gənc alimlərin məqalələri də çap olunub.
Sonda akademikin qızı Aygül Hacıyeva “Bir ömrün tarixçəsi “adlı məqaləsində atası ilə bağlı xatirələrini qələmə alıb.
Kitabın redaktoru akademik Möhsün Nağısoylu və Ağamusa Axundovun qızı Nəsimi adına Dilçilik İnstitutu Türk dilləri şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Aygül Hacıyevadır.

İctiamiyyətlə əlaqələr şöbəsinin müdiri dosent Təranə Şükürlü

SAYTDA AXTAR
 

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2017.