Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
28.4.2017

AMEA-nın ümumi yığıncağı başlayıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əsas binasında Rəyasət Heyətinin 2016-cı ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunan Ümumi yığıncağı başlayıb.
“Report” xəbər verir ki, yığıncaqda akademik Ramiz Mehdiyev, baş nazirin müavini Elçin Əfəndiyev, Azərbaycanın millətlərarası, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü Nərgiz Paşayeva və digər rəsmi şəxslər iştirak edir.


Öncə tədbir iştirakçıları Akademiyanın fəaliyyətini əks etdirən elmi naliyyətlər sərgisi ilə tanış olublar.
Tədbirin açılışında çıxış edən AMEA-nın prezidenti Akif Əlizadə çıxışında bildirib ki, keçən il keçirilən Akademiyanın Ümumi yığıncağından sonra AMEA-nın 12 üzvü vəfat edib.
Onların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yığıncaqda Elmi nailiyyətlər sərgisi nümayiş olunacaq, ötən ildə Akademiyada müxtəlif istiqamətlərdə görülən işlər, reallaşdırılan layihələr haqqında məlumat veriləcək, AMEA Rəyasət Heyətinin elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat məruzəsi dinləniləcək, o cümlədən Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı və AMEA-nın adlı mükafatları təqdim ediləcək.

SAYTDA AXTAR
 

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2017.