Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
28.4.2017

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
NƏSİMİ ADINA DİLÇİLİK İNSTİTUTU

AMEA Nəsimi adına Dilçilik İnstitutunun 2016-cı ildə həyata keçirdiyi mühüm tədbirlər haqqında
PRESS-RELİZ

Bakı şəhəri 28 aprel 2017-ci il

2016-cı ildə Nəsimi adına Dilçilik İnstitutunda dilçilik elminin inkişafını hərtərəfli təmin edən Beynəlxalq elmi konfranslar, sessiyalar və müşavirələr, mühüm görüşlər keçirilib.
2016-ci il İnstitut üçün keçirilən Beynəlxalq elmi konfranslarla və digər beynəlxalq tədbirlərlə əlamətdar olub:
Fevralın 17-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda 21 fevral- Beynəlxalq Ana dili Gününə həsr olunmuş konfrans keçirilib.
Konfransı açılş nitqi ilə başlayan AMEA-nın müxbir üzvü M.Nağısoylu ilk olaraq Beynəlxalq Ana dili gününün tarixindən bəhs edib. Vurğulayıb ki, 21 Fevral bütün dünyada Beynəlxalq Ana dili günü kimi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatı 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni Beynəlxalq Ana dili günü elan edib. Bu günün tarixi-mənəvi dəyərindən bəhs edən M.Nağısoylu qeyd edib ki, Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” və “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” müvafiq Sərəncamları dilimizin inkişafına böyük qayğının təzahürüdür.
Martın 9-da Nəsimi adına Dilçilik İnstitutunda Prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın tələblərinə uyğun olaraq “Reklamlarda dil və üslub problemləri” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Mayın 5-də Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə görkəmli türkoloq, Türk Dil və Tarix Qurumunun fəxri üzvü, Əməkdar elm xadimi, akademik Tofiq Hacıyevin anadan olmasının 80 illik yubileyinə həsr olunan elmi sessiya keçirilib. Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Sonra Dilçilik İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu, Atatürk Mərkəzinin müdiri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov çıxış ediblər.
Sentyabrın 8-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib.
Tədbir AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşdırılıb.
Konfransda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov çıxış ediblər.
Oktyabrın 17-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında görkəmli türkoloq Məhəbbət xanım Mirzəliyevanın anım günü keçirilib.
4 naoyabrda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Regionlarda dil situasiyası: İsmayıllı” mövzusunda “dəyirmi masa” keçirilib. Dilçi alimlərin, rayon ziyalılarının, kargüzarlıq işində çalışanların, rayon icra hakimiyyəti yanında adqoyma komissiyası üzvlərinin, KİV nümayəndələrinin iştirak etdikləri “dəyirmi masa”da Prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələr, aparılan monitorinqin nəticələri müzakirə olunub.
Noyabrın 11-də AMEA-nın Əsas binasında Humanitar Elmlər Bölməsinin təşkilatçılığı ilə tanınmış dilçi alim, Nəsimi adına Dilçilik İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Möhsün Nağısoylunun anadan olmasının 70 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib. Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva, akademik Vasim Məmmədəliyev,xalq şairi Nəriman Həsənzadə, millət vəkili Nizami Cəfərov iştirak edib.
Noyabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan “Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər və yeni çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfrans Azərbaycan Milli Elmlər Akademiyasının, Təhsil, Mədəniyyət və Turizm Nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilib. Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətindən danışıb. Qeyd edib ki, 1926-cı ildə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilmiş Birinci Türkoloji Qurultay türk xalqlarının, o cümlədən Azərbaycan xalqının mədəni inteqrasiyasında yeni bir mərhələnin təməlini qoyan ən əlamətdar hadisələrdən biridir.
Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik, Milli Məclisin elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli, Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq Yazıçısı Anar, Nəsimi adına Dilçilik İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu, Türk Dil Qurumunun rəhbəri Mustafa Kaçalin, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli və digərləri məruzələrlə çıxış ediblər.Professor Əhməd Bican Ercilasun Nəsimi adına Dilçilik İnstitutunun fəxri doktoru adına layiq görülüb.
17 noyabrda Azərbaycan Yazıçılar Birliyində Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, professor İsmayıl Məmmədlinin 70 illik yubileyi keçirilib. Mərasimdə alimin ailə üzvləri, dostları, həmkarları iştirak edib. Çıxış edənlər İsmayıl müəllimin saza-sözə bağlılığından. Azərbaycan elminə verdiyi töhfələrdən danışıb.

18 noyabrda Nəsimi adına Dilçilik İnstitutunda Vladimir Dalın 215 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbir Rusiya Məlumat-Mədəniyyət Mərkəzinin Azərbaycandakı nümayəndəliyilə birgə təşkil olunmuşdur. İclasda Rusiya Məlumat-Mədəniyyət Mərkəzinin Azərbaycandakı nümayəndəliyinin əməkdaşları - Lyubov Timofeyevna Yakunina, Natiq Əliyev çıxış edərək V.Dalın həyat və yaradıcılığından bəhs etmişlər.
Noyabrın 24-də Sumqayıt Dövlət Universitetində Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu ilə birgə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş “Müasir dilçiliyin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfransda dünyanın bir çox ölkələrindən, respublikanın Elmi-Tədqiqat İnstitutlarından və ali məktəblərindən dəvət olunmuş dilçi-alimlər iştirak ediblər.
28 dekabrda AMEA Nəsimi adına Dilçilik İnstitutunda tanınmış dialektoloq alim Zirəddin Xasiyevin anadan olmasının 80 illik yubileyi münasibətilə tədbir keçirilib. Təbdirdə millət vəkili Qənirə Paşayeva, ədəbiyyatşünas alim Qəzənfər Paşayev, Nəsimi adına Dilçilik İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu çıxış ediblər.
2016-cı il Nəsimi adına Dilçilik İnstitutunda keçirilən bir sıra səmərəli görüşlərlə də yaddaqalan olub: Belə ki, 23 noyabrda Nəsimi adına Dilçilik İnstitutunda Rusiya Elmlər Akademiyası Dilçilik Araşdırmaları İnstitutunun direktoru akademik Nikolay Nikolayeviç Kazanski ilə görüş keçirilib. Görüşdə ikitərəfli əmakdaşlıq haqqında məsələlər müzakirə edilib.
İnstitut əməkdaşları Türkiyə və Macarıstanda Beynəlxalq konfrans, simpozium və digər tədbirlərdə, Elmin inkişaf Fondunun dəstəyi ilə xarici ölkələrdə 2 elmi ezamiyyətdə iştirak ediblər.
2016-cı ildə Dilçilik İnstitutunun əməkdaşlarının xarici ölkələrdə 8 - i impaktfaktorlu jurnallarda olmaqla – 40 məqaləsi, bir monoqrafiyası nəşr edilmişdir.
2016-cı il Nəsimi adına Dilçilik İnstitutu üçün elmi yaradıcılıq, elmi əməkdaşlıq, ədəbiyyatşünaslıq elminin inkişafına təkan verən beynəlxalq tədbirlər baxımından olduqca məhsuladar olmuşdur.

AMEA Nəsimi adına Dilçilik İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:taranaelm@mail.ru
(012) 5372081

SAYTDA AXTAR
 

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2017.