Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
26.4.2017

“Ağamusa Axundov və Azərbaycan filologiyası” mövzusunda beynəlxalq konfransa yekun vurulub

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin və Nəsimi adına Dilçilik İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən Əməkdar Elm Xadimi, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı, AMEA-nın həqiqi üzvü Ağamusa Axundovun 85 illik yubileyinə həsr olunan “Ağamusa Axundov və Azərbaycan filologiyası” mövzusunda beynəlxalq konfrans aprelin 25-də öz işini yekunlaşdırıb.
Konfransı açan AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli bildirib ki, Ağamusa müəllim sözün klassik mənasında filoloq idi və o, dilçiliyin bütün istiqamətləri üzrə səriştəli söz deməyə qadir universal alim idi. Bunun sübutu qrammatikadan tutmuş onomastikaya, fonetikadan başlamış ümumi dilçiliyədək, müqayisəli dilçilikdən dilin estetikasınacan fərqli mövzulardakı bir-birindən sanballı əsərləridir.
Sonra bölmə iclaslarının yekunu haqqında qonaqların çıxışı dinlənilib.
Türkiyəli professorlar: Fikrət Türkmən, Rasim Özyürek, Hamza Zülfükar, Osman Fikrət Sərtkaya , misirli professor Muhammed Haridi və digər çıxış edənlər görkəmli alimin zəngin elmi fəaliyyətindən söz açıblar. Qonaqlar konfransın təşkilini çox yüksək qiymətləndiriblər.
Akademik K.Abdullayev çıxışında görkəmli alimin xatirəsinə göstərilən hörmət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.
Öz növbəsində Nəsimi adına Dilçilik İnstitutunun direktoru AMEA-nın müxbir üzvü M.Nağısoylu konfransda iştirakına görə qonaqlara öz minnətdarlığını bildirib.
İclasda AMEA Nəsimi adına Dilçilik İnstitutu ilə Qazaxıstan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu arasında əməkdaşlıq protokolu imzalanıb. Qazaxıstan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktoru professor Erdem Kajibekov bu əməkdaşlığı yüksək dəyərləndirib.

Protokol bir neçə müdəanı əhatə edir.
1. Qarşılıqlı kitab mübadiləsi
2. Elmi ezamiyyətlərin təşkili
3. Türkologiyaya dair elmi konfransların və seminarların təşkili
4. Qazaxca-Azərbaycanca və Azərbaycanca- qazaxca lüğətlərin hazırlanması
5. Ortaq layihələrin hazırlanması
Sonda konfransda fəal iştiraklarına görə Dilçilik İnstitutunun bir qrup əməkdaşı Fəxri fərmanla təltif olunub.
Günel Mirzəyeva
Təranə Şükürlü
Vəfa İbişova
Firəngiz Məmmədova
Natəvan Ağayeva
Hüseyn Məmmədzadə
Şəkər Orucova
Gülarə Orucova
Sevinc Əliyeva
Aytən Bəylərova
Kifayət İmamquliyeav
Sevil Zülfüqarova
Səmənnaz Həsənova
Elçin İbrahimov



İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri dosent Təranə Şükürlü

SAYTDA AXTAR
 

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2017.