Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
19.4.2017

“Dilçilikdə Ağamusa Axundov fenomeni”

Filologiya elmləri doktoru, professor Sayalı Sadıqova. “Dilçilikdə Ağamusa Axundov fenomeni”, Avropa nəşriyyatı, Bakı, 2017, 115 səh.

Kitab akademik A. Axundovun zəngin elmi yaradıcılığına və mənalı həyat yoluna həsr edilmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, Ağamusa Axundov “Dil və üslub məsələləri” (1957), “Feilin zamanları” (1901), “Dilçiliyə giriş” (1966), “Ümumi dilçilik” (1979), “Riyazi dilçilik” (1979), “Azərbaycan dilinin fonetikası” (1984), “Dilçiliyin tarixi, nəzəriyyəsi və metodları” (1994), “Dil və ədəbiyyat” 2 cilddə (2003), “Azərbaycan dilinin izahlı lüğəti” (2005), eləcə də bir sıra monoqrafiya və 500-ə qədər elmi məqalənin müəllifidir. Bu əsərlər dil tarixinin, dilimizin müasir quruluşunun, dil nəzəriyyəsinin, ümumi dilçiliyin ən aktual problemlərinə həsr olunmuşdur.
Dilçiliyin ən mühüm problemlərinə - fonetikaya, bədii tərcüməyə, orfoqrafiyaya, nitq mədəniyyətinə, ümumi dilçiliyə aid əsərləri, Dövlət dilinə aid mətbuat səhifələrində tez-tez dərc olunan müsahibələri, fundamental əsərləri təkcə respublikamızın elmi ictimaiyyəti tərəfindən deyil, dünyanın bir sıra görkəmli alimləri tərəfindən də maraqla qarşılanmış, dünya dilçiliyində və türkologiyada yeni bir hadisə kimi yüksək qiymətləndirilmişdir. Müəllifin fonetikaya, qrammatikaya, ədəbi dilə, dilin poetikasına, nitq mədəniyyətinə, etimologiyaya, onomastikaya, ümumi dilçiliyə, dilçilik nəzəriyyəsinə aid əsərləri dilçiliyimizin qızıl fondu hesab edilir. Azərbaycan dilçiliyinin müxtəlif sahələrinə həsr edilmiş coxşaxəli yaradıcılığı, yenilikçi olması ilə diqqət mərkəzində olmuş, Azərbaycan dilçiliyinə yeni anlayışlar gətirmiş və novator tədqiqatların müəllifi olmuşdur. “Azərbaycan dilində feilin zamanları” mövzusunda yazdığı namizədlik dissertasiyası, daha sonra çoxşaxəli yaradıcılığı, onun qələmindən çıxan bütün tədqiqatlar alimə uğurlar gətirdi, ancaq Ağamusa Axundovun yaradıcılığının şah əsəri “Azərbaycan dilinin fonemlər sistemi” əsəridir. Alim ilk dəfə Azərbaycan dilinin fonetik sistemini eksperimental təhlil əsasında ümumiləşdirib nəzəri səviyyədə təqdim etdi. Ömrünü xalqının elminə, maarifinə, təhsilinə həsr etmiş bu böyük insan öz zəngin yaradıcılığı ilə dilçiliyimizdə yeni bir cığır açdı. Dilçiliyin bütün sahələrinə aid sanballı elmi əsərlərin, araşdırmaların müəllifi kimi tanınmış, xüsusilə, nəzəri dilçilik, fonetika, qrammatika, etimologiya, dil tarixi və dialektologiya, üslubiyyat və nitq mədəniyyəti sahəsində zəngin yaradıcılıq irsi qoymuşdur.

SAYTDA AXTAR
 

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2017.