Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
14.4.2017

Mülki Müdafiə məşqi

14 apreldə AMEA Nəsimi adına Dilçilik İnstitutunda “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı MM orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda “Rəhbər heyətin mülki müdafiə məşqi” keçirilmişdir.
Məşqdə İnstitutun rəhbər heyəti, FH komissiyasının sədri və üzvləri, şöbə müdirləri, hərbliləşdirilməmiş dəstələrin komandir-rəis heyəti iştirak etmişlər.
FH komissiyasının sədri-İnstitutun elmi işlər üzrə direktor müavini Baba Məhərrəmli məşqin başlanmasını açıq elan etmiş və sözü İnstitutun MM qərargah rəisi Mehman Həsənova vermişdir.
MM qərargah rəisi M.Həsənov MM rəhbərinin əvvəlcədən təsdiq etdiyi “Rəhbər heyətin mülki müdafiə məşqinin keçirilməsi planı”na uyğun olaraq institutun yerləşdiyi ərazi üçün aktual olan təbii və texnogen fövqəladə hallarla əməkdaşları tanış etmiş, belə hallar və qəzalar təhlükəsi yarandıqda yerinə yetirilən tədbirlərdən danışmışdır.
Sonra M. Həsənov Ermənistanda yerləşən istismar vaxtı çoxdan bitmiş Metsamor atom elektrik stansiyası və dünyada aktual problemə çevrilmiş terror hadisələri barədə məlumat vermiş, belə hallar baş verərsə onlardan qorunma tədbirləri haqqında danışmışdır.
Məşqin sonunda etimal olunan fövqəladə halllar və onlardan qorunma qaydaları haqqında maarifləndirici film nümayiş etdirilmişdir.

İctimaiyyətlə əlaqələr şöbəsi

SAYTDA AXTAR
 

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2017.