Azərbaycan dialektologiyası şöbəsi

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın 6.3.5. bəndinin (Azərbaycan dilinin müxtəlif dialekt və şivələrinin müasir dövrün tələblərinə uyğun olaraq öyrənilməsinin təmin edilməsi) həyata keçirilməsi məqsədilə AMEA Nəsimi adına Dilçilik İnstitutu Azərbaycan dialektologiyası şöbəsinin əməkdaşları “Azərbaycan dilinin Qarabağ dialektoloji atlası”nı hazırlayır. “Atlas”ın hazırlanması üçün Qarabağ Regional Mərkəzinə daxil olan bir çox rayonlarda tədqiqat işləri aparan dialektoloqlar bu günlərdə Ağcabədi rayonunda elmi səfərdə olmuşlar. Rayon rəhbərliyinin yaratdığı mütəşəkkil iş şəraitində dialektoloqlar çox səmərəli işləmiş, rayonun 32 yaşayış məntəqəsi üzrə, əsasən, yaşlı nəslin nümayənləri olmaqla (yeri gəldikcə gənc və orta nəslin nümayəndələrinə də müraciət olunmuşdur) 300 nəfərdən artıq yerli əhalidən dialektoloji material toplamışlar.

Ağcabədi rayonunda olduğumuz müddətdə Dilçilik İnstitutunun əməkdaşlarına olan diqqət və qayğıya, qonaqpərvərliyə, dialektoloji işin yüksək səviyyədə təşkilinə görə Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədova, Rayon İcra Hakimiyyəti Başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayevaya, Hüquq şöbəsinin müdiri Hafiz Hüseynova, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyevə, İctimai-siyasi və humanitar şöbəsinin baş məsləhətçisi Ceyhun Məmmədova, İcra nümayəndəliklərinə, bələdiyyələrə, rayon ictimaiyyətinə dərin minnətdarlığımızı bildiririk.





